Sosial
Şəhid həkim Şöhrət Qasımovun xanımı: "Qəbrinə qızılgül aparacam, ömrümün axırına kimi..."
27 Noyabr, 2020
Baxış: 573
 
"Tankın üstünə avtomatla gedən hərbi həkim” – İkinci Qarabağ müharibəsində şəhid olmuş Şöhrət Qasımovu indi hamı belə xatırlayır.
1992-ci ildə Gədəbəydə anadan olmuş Şöhrətin atası Şakir Qasımov da Qarabağda döyüşüb – Birinci Qarabağ müharibəsi illərində. Şakir dayı deyir ki, oğlu uşaqlıqdan onu sorğu-suala tutar, döyüş xatirələrini danışdırıb maraqla asarmış.
 
Hazırladı: Arzu Çinarlı

Sosial

Fransa şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

27 Yanvar 2021

Azernews

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”. Bunu yanvarın 27-də Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib. O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var. Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.
Sosial

Prezident  Şuşaya xüsusi nümayəndə təyin etdi

27 Yanvar 2021

MediaPost

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Seçilmiş Videolar