Toplum TV
İlkin məlumata görə, sel nəticəsində Goranboy rayonunun dağ kəndlərinə, eləcə də Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində sakinlərə məxsus 23.85 sot əkin sahəsinə, 50-yə yaxın fərdi yaşayış evinə ziyan dəyib.
Bu haqda Toplum TV-yə rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov məlumat verib.
Onun sözlərinə görə, sel nəticəsində həmçinin bir neçə evin zirzəmisinə, həyətyanı sahələrə, məişət və texniki avadanlıqlara,10-a yaxın iri və xırda buynuzlu mal-qaraya, 300-ə yaxın ev quşlarına, 5 ədəd minik avtomobilinə və müxtəlif sayda iaşə obyektlərinə, restoran və kafelərə ziyan dəyib.
Faiq Muradov dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi yönündə işlərin davam etdiyini deyib.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb