Sosial

Şəmkir sakini: "Mən iş istədim, onlar rüşvət..."

28 Aprel, 2021
2640

Sosial Media

"Mətbuata danışdığıma görə, bəlkə də, məni öldürəcək, ya da oğlumu şərləyib həbs edəcəklər, amma artıq cana doymuşam, dərd sinəmi dağıdır". 

Bunu "Toplum TV"-yə Şəmkir Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazı sakinlərdən biri - Ziyafət Hüseynova deyib. 

56 yaşlı Tatarlı kənd sakini Z. Hüseynova deyir ki, dəfələrlə işlə bağlı İcra Hakimiyyətinə müraciət etsə də, müsbət cavab almayıb. 

Dediyinə görə, digər oğlu - 17 yaşlı Babək Hüseynov 2007-ci ildə odun yığmaq üçün yaşadığı kəndin yaxınlığındakı meşəyə gedib və itkin düşüb: "Deyilənə görə, onu sonuncu dəfə varlı fermerin heyvan yatağında işləyərkən görüblər. Bundan sonra, ondan xəbər almaq mümkün olmadı. Hazırda da oğlumla bağlı axtarışlar davam edir". 

Ananın özü isə uzun müddətdir ki, xəstəliyinə görə müalicə alır: "Həm oğlumun dərdini unutmaq, həm də müalicəmə lazım olan pulu toplamaq üçün İcra Hakimiyyətindən iş istədim, çünki müalicəm üçün pul çatdırmırdım. Oğluma görə də tez-tez polislərlə ünsiyyətdə oluram. Bir gün İcra Hakimiyyətinə gedib iş istədim, polis rəisi xahiş elədi ki, bu qadın yazıqdır, ona iş verin. Başçının köməkçisi Qüdrət Əliyev məni süpürgəçi kimi işə yazdı. 3 ay işlədim, hər ay 200 manat alırdım, şikayətçi deyildim. Dördüncü ay məni çağırıb ərizə yazdırdılar və işdən çıxartdılar". 

Z. Hüseynova iddia edir ki, uşaq bağçasına işə düzəltmək üçün müdir ondan 2 min manat rüşvət istəyib: "Bağçanın müdiri dedi ki, 2 min manatını qoy, İcra Hakimiyyətinə verək, səni işə düzəltsin. Tatarlı kənd orta məktəbinin direktoru öz qızlarının adını ştata yazdırıb havayı pul alır. Nə olardı ki, mənə də iş versəydilər? Mən işləmək istəyirəm, oğlumu tapanadək yaşamaq istəyirəm. Polislər axtarır və əminəm ki, oğlum tapılacaq". 

Alimpaşa Məmmədov - Sosial Media

"Mənə başçının yanına girməyə icazə vermədilər. Alimpaşa Məmmədovun üzünü bircə dəfə görməmişəm. Mən onun ayağına düşüb yalvaracaqdım. Bəlkə, tapardı oğlumu..." - belə deyir Ziyafət Hüseynova. 

Ziyafət Hüseynova deyir ki, Alimpaşa Məmmədovla görüşmək sıravi vətəndaşlar üçün çətin olub, insanlar isə işsizlikdən ya rayonu tərk ediblər, ya da illərlə yerli idarələrin qapılarını döyüblər... 

"Şəmkirin yollarını Moskvada qazanan biznesmenlər təmir edirlər", - bunu isə Şəmkirin bərpa olunmayan yollarından şikayətlənən rayon sakini Ruslan Abdullayev deyir.  

Onun sözlərinə görə, Dəllər Cırdaxan kənd yolunun yarısını keçmiş vergilər naziri öz hesabına təmir edib, qalan yol isə SSR dövründən təmir olunduğu kimi qalıb: "Kənd sakinləri maşın təmir etməkdən cana gəliblər".

Aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi və icra başçısı Alimpaşa Məmmədovun saxlanıldığı bildirilir.

Aprelin 27-də isə prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad edib. 

KİV-də yayılan məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı icra başçısı yanaşı, bəzi vəzifəli şəxslər - icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb, lakin məsələ hələlik rəsmi təsdiqini tapmayıb. 

Şəmkir İcra Hakimiyyəti isə 2 gündür ki, zənglərə cavab vermir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo