Sosial

Sənin ilin…

22 Yanvar, 2021
59

novator.az

…Təsəlli vermə, bilirik itkisiz olmur, ömrümüz yoxluqlar içindədir, görə-görə gəlirik. İki gözümüzün birdən güldüyü olmadı, dözdük, dərdlə qaynayıb-qarışdıq, baş-başa yaşadıq. Amma iç-içə olsaq da, itkiyə, yoxluğa, ayrılığa alışmadıq, hər dərdi siftə dərd, dərdin siftəsi kimi çəkdik, Aynur…

Sənin yoxluğunla başlayan il boyunca dostlar bir-birini ovundurdu, birgə ağrıdıq, yandıq, dözdük, amma itkiyə alışmadıq, təsəlli tapmadıq.

Xeyir-şəri urvatsız eləyən bir mərəz içində varlığımız alt-üst oldu. Sənin müsibətin kölgədə qalmadı amma. Qara xəbərindən başlamışdı il.

Çox dost-qardaş itirdik bir ildə, ağladıq. Ən çox səni andıq amma. İlk itkimiz olmuşdun.

Tapdanmış yurdumuz şəhid qanı ilə halala çıxdı, iki gözümüzün biri güldü. Ən böyük yoxluğa – yurdsuzluğa son qoyan il yurd kimi əziz adamı aparmışdı.

İl sənin ilindir, Aynur…

Sən bir gün işə çıxmayanda darıxırdıq. Gör necə qəribsəyirik…

Ziyarətinə gələ bilmirik, yolumuz bağlıdır – yasaq var.

Sənsiz ərsəyə gəlmiş kitabının başına toplaşa bilmirik – yasaq var.

Məclisinə, ilinə yığışa bilmirik – yasaq var.

Nisgilliyik. Alışa bilmirik bu yoxluğa, təsəlli vermə…

Hikmət Sabiroğlu

1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.

2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra jurnalistin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb.("novator.az")

Sosial

Mübariz Mənsimov həbsdən azad edilir?

3 Mart 2021

BBC

Mübariz Mənsimovun həbsdən buraxılması haqqında Türkiyə Prokurorluğu  təqdimat verib. Təqdimatda M.Mənsimovun ölkədən çıxışına qadağa qoyulması tələbi irəli sürülüb. Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa...
Sosial

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Nigar Səmədli
3 Mart 2021

Sosial media

“Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik". Bunu “Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib. Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır. O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”. Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: “O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim....
Seçilmiş Videolar