Sosial

“Silahı doldurub qabağa getdi, sonra görən olmayıb”

5 Fevral, 2021
1897

Sosial media

4 aydır Cəbrayıl döyüşlərinin iştirakçısı Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovdan xəbər yoxdur. Bu barədə məlumatı “Toplum TV”-yə hərbçinin qardaşı Kamran Namazov verib.

İtkin əsgərin qardaşı

Foto:sosial media

O deyir ki, qardaşı ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də danışıb, ondan sonra əlaqələri kəsilib. 

“Oktyabrın 4-dən 5-nə keçən gecə ağır döyüşlər gedib. O döyüşdə tək mənim qardaşım yox, 8 nəfər itkin düşüb. Onlardan 5-nin nəşini okytabrın 10-u, birini isə ayın axırında tapıblar. Mənim qardaşımdansa əsər-əlamət yoxdur. Onu son dəfə görən döyüş yoldaşları da deyirlər ki, silahı doldurub qabağa getdi, sonra görən olmayıb”. 

Kamran Namazov qardaşının tapılması üçün indiyə qədər bir çox dövlət qurumlarına müraciət etdiyini, amma heç bir nəticə olmadığını söyləyir.
“Prezident Administrasiyasına, Milli Məclisin sədri Sahibə Qafarovaya, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə yazmışıq. Onların ikisindən cavab gəlib. Eyni cavablardır: “Sizin oğlunuz filan vaxtdan itkindir, axtarışlar gedir, dəfələrlə həmin əraziyə baxılıb” və s.

Bir çox qurumlar ərazidə axtarış aparıb. İlk gündən XTQ-in öz axtarış qrupu onu axtarırdı. Daha sonra həm Qırmızı Aypara Cəmiyyətinə, həm də Qızıl Xaç Komitəsinə, Hərbi Prokurorluğa və Gəncədə qardaşımın qeydiyyatda olduğu hərbi hissəyə müraciət etmişik. Amma heç bir nəticəsi yoxdur”.
Babək Namazovun valideynləri Füzulidə və Şəmkirdə DNT testi veriblər. 

Kamran Namazovun dediyinə görə, artıq axtarış işləri Dövlət Təhlükəsizlik Xidmətinə verilib, sonradan axtarışlara Dövlət Sərhəd Ximəti də qoşulub. 
“Bu yaxınlarda DTX-dən zəng etdilər ki, Cəbrayıl istiqamətində bütün əraziləri ANAMA qarış-qarış gəzib, ərazidə heç nə yoxdur. Qardaşımın komandiri atamı qəbul edib dedi ki, bu işlə şəxsən özüm maraqlanıram. Amma ondan da bir xəbər yoxdur”.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı isə “Toplum TV”-yə bunları deyib: "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar üzrə dövlət komissiyasına müraciət edin. Bu işə onlar cavabdehdir, mətbuata məlumatı onlar verir”.

Vaqif Dərgahlı

FOTO:"Azvision.az"

Komissiyanın işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov məsələylə bağlı quruma sorğu göndərməyimi məsləhət görüb. Bunu üç gün əvvəl etdiyimizi, lakin heç bir cavab almadığımızı qeyd etdikdə isə belə cavab verib: “Deyərəm, baxarlar, məqsədəuyğun olsa, cavab verərlər”. 

Eldar Səmədov

FOTO:"Trend.az"

Komissiyanın qaynar xətt xidmətindənsə “Toplum TV”-yə bildiriblər ki, itkin düşənin yaxın qohumu olmayanlara və media təmsilçilərinə onunla bağlı məlumat vermək qadağandır, KİV-lər Dövlət Təhlükəsizlik Xidmətinə yazılı şəkildə müraciət edilməlidirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo