Sosial

Son altı ayda yol qəzalarında 58 nəfər ölüb 

Aytac Məmmədli
16 Avqust, 2022
198

Açıq mənbələrdən götürülüb

Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.  
 
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib. 
 
Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.  

https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek
 
"Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski,  Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib.

Rüstəm Əhmədli - Açıq mənbələrdən götürülüb

O bildirib ki, son altı ayda Heydər Əliyev prospektində 18, Ziya Bünyadov prospektində 17, Qara Qarayev prospektində 10 və “8 Noyabr” prospektlərində isə 5 piyadavurma halı baş verib. Heydər Əliyev prospektində baş verən 18 piyadavurma hadisəsindən 12-si ölümlə nəticələnib.

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo