Sosial

Son sutkada Azərbaycanda koronavirusdan 14 nəfər ölüb

11 Yanvar, 2022
95

BBC

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 11-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, bu günə qədər isə ümumilikdə 5 957 603 test icra olunub.

Vaksinasiya 

Son sutkada koronavirus əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Bir gündə 32 735 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksin olunanların sayı 25 215-dir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.

Sosial

Sutkalıq yoluxma sayı bilindi

27 Yanvar 2022

BBC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.
Sosial

Tayıflı kəndinin meşə problemi -“İş yoxdur, neyləyək?”

Roza Məmmədova
27 Yanvar 2022

Toplum TV

 “Hər şikayətdən sonra köhnə kömür quyuları doldurulur, sonra yeniləri ortaya çıxır” Bura Oğuz rayonu Tayıflı kəndidir.  Tayıflı kəndinin adı mediada daha çox meşə təsərrüfatının ziyan görməsi, qanunsuz yollarla kömür əldə edilməsi və s. xəbərlərlə çəkilir. Bir neçə ildir ki, kənddə məskunlaşan  Şəhriyar Qasımov bu fikri təsdiqləyir. O deyir ki, kənddəki meşədə ağaçlar kəsilir, sonra xüsusi quyularda yandırılaraq kömür əldə olunur. Toplum TV “Oğuza köçəndən sonra davamlı olaraq havadan pis qoxu gəldiyini hiss edirdim. Sonra qohum-əqrabadan öyrəndim ki, sən deməpis  iy meşədən gəlirimiş”. Şəhriyar problemdən xəbər tutduqdan sonra ilk dəfə ötən ilin mart ayında  Oğuz rayonu polis idarəsinə şikayət etdiyini söyləyir:...
Seçilmiş Videolar