Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər.
Biri əkiz olmaqla 4 və 6 yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti də Qax rayon Sosial Müdafiə Fonduna tapşırıq verdi. Bizə dedilər, sosial yardım almaq üçün sənədlərinizi düzəldin, düzəltdik. Sosial Müdafiədən evimizə, yaşayış şəraitimizə baxış keçirildi. Ancaq imtina cavabı verdilər. Səbəb kimi qaynanamın özünün qaldığı otağı göstərməməsi oldu. Biz baldızım və qaynanamla bir həyətdə olsaq da, otaqlarımız, işıq və qaz sayğacımız ayrıdır. Yola gedə bilmədiyimiz üçün evin 2 otağında onlar, 2 otağında da biz qalırıq. Yoxlama gələn zaman qaynanam o otaqları çəkməyə qoymadı. Bu da imtinaya səbəb oldu”.
https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi
Gülpəri Məmmədova deyir ki, uşaqlarına paltar almağa belə imkanı yoxdur, qonşuların, qohum-əqrabanın köhnələrini geyindirir: “Un kisəsi 40 manatdır. Bizim də aylıq gəlirimiz 60-70 manatdır. Bu pulla necə yaşayaq? Bizə sağım üçün inək və buzov vermişdilər ki, uşaqlara süd, qatıq olsun. Onu da çoxdan qaytarmışıq. Yaşayışımız ağırdır”.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-nin sorğusuna cavab olaraq yazılı şəkildə bildirdi ki, Gülpəri Məmmədova ünvanlı sosial yardımla bağlı yenidən elektron qaydada müraciət edib və onun müraciətinə baxılacaq:
“Qax rayon sakini Məmmədova Gülpəri Nurullah qızının ünvanlı dövlət sosial yardımla bağlı 5 may 2022-ci il tarixli müraciətinə əsasən, ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Ərizə-bəyannamədə yardımçı təsərrüfatda olan 1 inək və 1 buzov qeyd edilmədiyinə və evin 2 otağına baxış keçirilməsinə şərait yaradılmadığına görə müraciətə imtina cavabı verilib. Bu barədə G.Məmmədovanın əks-əlaqə vasitəsinə məlumat göndərilib. 29 iyun 2022-ci ildə o, ünvanlı sosial yardımla bağlı yenidən elektron qaydada müraciət edib”.
R. Mehdili sosial yardımla bağlı müraciətin 15 iş günü müddətində araşdırılacağını, müvafiq qərar qəbul edilərək vətəndaşa məlumat veriləcəyini qeyd edib.
Yazını yazdığımız müddətdə Gülpəri Məmmədova qaynar xəttimizə Sosial Müdafiə Fondundan bu gün evlərinə yenidən baxış keçirildiyini dedi: “Qaynanam bu dəfə otaqlarına baxış keçirməyə icazə versə də, həyətyanı sahənin sənədini göstərmədi. Deyir ki, harada olduğunu bilmir. Evimizə baxış keçirən nümayəndələr dedi ki, bu sənəd olmalıdır. Amma hələlik bir qərar da vermədilər”.
Məsələni diqqətdə saxlayacağıq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?