Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul, 2022
208

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər.

Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti də Qax rayon Sosial Müdafiə Fonduna tapşırıq verdi. Bizə dedilər, sosial yardım almaq üçün sənədlərinizi düzəldin, düzəltdik. Sosial Müdafiədən evimizə, yaşayış şəraitimizə baxış keçirildi. Ancaq imtina cavabı verdilər. Səbəb kimi qaynanamın özünün qaldığı otağı göstərməməsi oldu. Biz baldızım və qaynanamla bir həyətdə olsaq da, otaqlarımız, işıq və qaz sayğacımız ayrıdır. Yola gedə bilmədiyimiz üçün evin 2 otağında onlar, 2 otağında da biz qalırıq. Yoxlama gələn zaman qaynanam o otaqları çəkməyə qoymadı. Bu da imtinaya səbəb oldu”.

https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi

Gülpəri Məmmədova deyir ki, uşaqlarına paltar almağa belə imkanı yoxdur, qonşuların, qohum-əqrabanın köhnələrini geyindirir: “Un kisəsi 40 manatdır. Bizim də aylıq gəlirimiz 60-70 manatdır. Bu pulla necə yaşayaq? Bizə sağım üçün inək və buzov vermişdilər ki, uşaqlara süd, qatıq olsun. Onu da çoxdan qaytarmışıq. Yaşayışımız ağırdır”.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-nin sorğusuna cavab olaraq yazılı şəkildə bildirdi ki, Gülpəri Məmmədova ünvanlı sosial yardımla bağlı yenidən elektron qaydada müraciət edib və onun müraciətinə baxılacaq:

“Qax rayon sakini Məmmədova Gülpəri Nurullah qızının ünvanlı dövlət sosial yardımla bağlı 5 may 2022-ci il tarixli müraciətinə əsasən, ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Ərizə-bəyannamədə yardımçı təsərrüfatda olan 1 inək və 1 buzov qeyd edilmədiyinə və evin 2 otağına baxış keçirilməsinə şərait yaradılmadığına görə müraciətə imtina cavabı verilib. Bu barədə G.Məmmədovanın əks-əlaqə vasitəsinə məlumat göndərilib. 29 iyun 2022-ci ildə o, ünvanlı sosial yardımla bağlı yenidən elektron qaydada müraciət edib”.

Toplum TV

R. Mehdili sosial yardımla bağlı müraciətin 15 iş günü müddətində araşdırılacağını, müvafiq qərar qəbul edilərək vətəndaşa məlumat veriləcəyini qeyd edib.

Yazını yazdığımız müddətdə Gülpəri Məmmədova qaynar xəttimizə Sosial Müdafiə Fondundan bu gün evlərinə yenidən baxış keçirildiyini dedi: “Qaynanam bu dəfə otaqlarına baxış keçirməyə icazə versə də,  həyətyanı sahənin sənədini göstərmədi. Deyir ki, harada olduğunu bilmir. Evimizə baxış keçirən nümayəndələr dedi ki, bu sənəd olmalıdır. Amma hələlik bir qərar da vermədilər”.

Məsələni diqqətdə saxlayacağıq.  

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo