Sosial

Sosiallaşa bilməyən neftçalalılar: “Boş vaxtlarımızda icra hakiminin yanına şikayətə gedirik"

15 Aprel, 2022
942

Toplum Tv

5 ildir Neftçalada yaşayan Türkan Babayeva şəhərdə sosiallaşmaq üçün infrastrukturun olmadığından gileylənir. 24 yaşlı Türkan danışır ki, bu səbəbdən boş vaxtlarını evdə keçirir.

“Bakıda daha sosial həyata sahib idim. Amma burada parkların, istirahət mərkəzlərinin sayı az olduğundan asosial yaşam tərzi keçirirəm. Getməyə yer tapmıram”.

Onun sözlərinə görə, belə deyəndə bəzən buranın sakinləri onu qınayır.

Neftçalada olduğumuz zaman şəhərlərə xas səs-küy, hərəkətlilik olmadığını müşahidə edirik. Bura şəhərdən daha çox böyük bir kəndi xatırladır. Gözə dəyən təmizlik işçiləri, bir də icra hakimiyyətinə şikayətə gələnlərdir.

Toplum Tv

Ərazidə dayanan taksi sürücüsü görməli yerlərlə bağlı sualımıza belə cavab verir: “Neftçala başqa rayonlar kimi inkişaf etməyib. Camaatın ürəyi sıxılanda ya Bayraq Meydanında, ya da Heydər Əliyev prospektində gəzir”.

Bayraqsız meydan

Toplum Tv


Neftçala Bayraq Meydanı Kürün sahilində salınıb. Bulvarda 5-6 skamya, bayrağı olmayan dirək, bir də işləməyən fəvvarə var. Parkda qurulmuş attraksionlar ətrafa rəng qatsa da, boş qalıb. Ətrafda bayraq dirəyinin küləyin təsiri ilə cırıldamasından başqa heç bir səs eşidilmir.

Sanki Kürün tədricən quruması da parkdakı ab-havaya təsir göstərib, çay kimi çevrədə də həyat “quru” və rəngsiz görünür.

Neftçala sakini Əjdər Əbilov doğulduğu gündən burada yaşadığını, şəhərin hər yerinə bələd olduğunu söyləyir.

Əjdər Əbilov - Toplum Tv

Onun dediyinə görə, ilin əksər günlərində bulvar boş olur.
“Bu boyda parkda gəzən, çay içən yoxdur. Bayraq üçün də yer tapa bilmirlər, hər dəfə meydanın bir tərəfini betonlayır, yerini dəyişirlər. Vaxt vardı burada adam əlindən tərpənmək olmurdu. Süpürgəçilər buradakı zir-zibili təmizləməkdən bezmişdi”, - rayon sakini söyləyir.

10 il davam edən təmir

Rayonun getməli məkanlarından olan Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkirik. Qapıları taybatay açıq olsa da, eksponatlar gözə dəymir.

Toplum Tv

Sakinlərdən eksponatların xeyli vaxtdır baxımsız vəziyyətdəki arxa binalardan birində sərgiləndiyini öyrənirik.

Artıq 10 ildir ki, muzey baçqa binada fəaliyyət göstərir.

Toplum TV

“Şəraitimiz olmadığından gələnləri də yaxşı qarşılaya bilmirik”,- deyən bələdçilər bu vəziyyətdən məmnun deyillər. Onlar içəridə üst geyimində gəzməklərindən, illərdir eksponatları öz güclərinə qoruyub saxladıqlarından danışırlar.

“Bəzi eksponatları yer darlığından şkaflarda yerləşdirmişik. Gördüklərinizi isə xarab olmasın deyə vaxtaşırı “dixlofos”layırıq”, - muzey əməkdaşı belə söyləyir.

Toplum TV

Mərkəzin rəhbəri Gülmirə Səfərova 2012-ci ildən bura köçdüklərini bildirir: “Muzeyin binası 3 il əvvəl təhvil verilib. 2020-ci ilin fevralında Bakıdan gəlib baxdılar, apreldə tərtibata başlayacaqlarını dedilər. Sonra pandemiya başladı, daha sonra müharibə oldu, vəsait işğal olunmuş torpaqlara ayrıldı. Bizim də hüququmuz yoxdur ki, Qarabağ qala-qala bura vəsait tələb edək, həsrətini çəkdiyimiz yerlərdir”.

Toplum TV

Mədəniyyət Nazirliyindən isə “Toplum TV”-yə Neftçala Tarix Diyarşünaslıq Muzeyində tərtibat işlərinin hələ bir ildən sonra aparılacağı bildirilib: “Muzeyin ekspozisiyasında bədii-tərtibat işləri görüldükdən sonra açılış baş tutacaq”.

“Boş vaxtlarımızda icra hakiminin yanına şikayətə gedirik”

Şəhərdə keçirdiyimiz sorğudan da bəlli olur ki, insanların asudə vaxtlarını keçirəcəyi yerlər azdır. Gənclər ən yaxşı halda Heydər Əliyev Mərkəzinə gedə biləcəklərini söyləyirlər. Mərkəz nikah, konfrans, ictimai tədbirlər üçün istifadə olunur.

Elə bizimlə danışan işçilər də bunu təsdiqləyir, daha çox məktəblilərin ziyarətə gəldiyini, film nümayişləri keçirildiyini bildirirlər.

Toplum TV

Gənclər üçün nəzərdə tutulan Olimpiya Kompleksinin tikintisi isə illərdir yekunlaşmayıb.

Neftçala sakinlərinin dili ilə desək 2020-ci ildə açılan Gənclərin İnkişafı və Karyera Mərkəzininsə gənclərdən xəbəri yoxdur.

Orta yaşlı təbəqə ilə söhbətimiz zamanı sosial qayğıların çoxluğundan istirahətə vaxtları olmadığını öyrənirik: “Problemlər o qədərdir ki, boş vaxt tapanda icra başçısının yanına şikayətə gedirik”-, sakinlərdən biri yarızarafat belə cavab verir.

Dövlətin sosiallaşma layihələri - əhali nədən narazıdır?

Rəsmi açıqlamalarda dəfələrlə regionlarda sosial-iqtisadi layihələrin uğurla həyata keçirildiyi qeyd olunur.

Bölgələrdə sakinlərin sosiallaşmasına xidmət edən məkanlardan biri kimi Heydər Əliyev mərkəzləri göstərilir. Mədəniyyət Nazirliyinin açıqlamasına görə, 60 şəhər və rayonda yaradılmış mərkəzlər yerli əhalinin, gənclərin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir.

Bundan başqa, gənclərin inkişafı və asudə zamanını təşkili üçün müxtəlif proqramlar qəbul edilib. Qərarlara əsasən, Gənclər evi, Gənclərin İnkişafı və Karyera Mərkəzləri yaradılıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, regionlarda sosiallaşma proqramlarının uğursuz olmasının bir neçə səbəbi var: “Hansısa mərkəzlər, idman kompleksləri tikilə bilər. Amma orada cəlbedicilik, hərəkətlilik, müxtəlif tədbirlərin keçirilməsi azadlığı yoxdursa, bu layihələr uğursuz olacaq.

Məsələn, Sovet dövrünün öz sosiallaşma proqramları vardı. Pioner, komsomol təşkilatları bu işləri həyata keçirirdi”.

Natiq Cəfərli - sosial media 

O, daha bir məqama da diqqət çəkir: “Digər tərəfdən sosiallaşmaq üçün ayrılan dövlət vəsaitlərinin şəffaflığı da sual altındadır. Mədəniyyət Nazirliyindəki həbslər, icra başçılarının məhkəmə prosesləri buna sübutdur”.

İqtisadçı dünyanın bir çox ölkələrində sosiallaşma ilə daha çox qeyri- hökümət təşkilatlarının məşğul olduğunu bildirir: “Əslində, sosiallaşma və vətəndaş iştirakçılığı ilə bağlı ən vacib institutlar qeyri-hökumət təşkilatlarıdır. Azərbaycandakı mövcud şərait bu institutları daha çox siyasi məsələlərə yönəltdi. Sonradan QHT-lərlə bağlı qanunvericilik sərtləşdirildi, bu da bir çox sahələrdə boşluqların yaranmasına gətirib çıxardı”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo