Sosial Media
Martın 4-də paytaxtın “Sovetski” deyilən ərazisinin keçmiş sakinləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər. 2014-cü ildən bəri evlərindən köçürülən sakinlər illərdir şikayət və tələblərinə baxılmadığını və aldadıqlarını deyiblər.
Onların sözlərinə görə, yaşadıqları evlərin sahəsi düzgün hesablanmayıb, kompensasiyalar tam məbləğdə ödənilməyib. Həyət sahələri üçün vəsait ayrılmayıb. Bu ərazidə qeydiyyatda olanlara kiçik məbləğdə belə kompensasiya ödənilməyib. Ailə üzvlərinin sayı nəzərə alınmayıb.
“Hüquqlarımızın bərpasını istəyirik. Haqqımızı yeyən məmurlardan halal pulumuzu tələb edirik. Şəhərin mərkəzindən ata-baba yurdundan uzaqlaşdırılmışıq, barı mülkiyyətimizin dəyərini tam ödəsinlər ki, özümüzə münasib ev ala bilək. Kirayədə yaşamaqdan bezdik”, - şikayətçilər deyiblər.
Onlar kömək üçün prezidentə müraciət ediblər.
Nazirlər Kabinetinin məsləhətçisi olduğunu deyən şəxs pandemiya dövründə karantin qaydalarına görə dövlət qurumlarında vətəndaşların qəbulunun qadağan edildiyini xatırladıb və etirazçıların yanına gələrək onların ərizə və şikayətlərini qəbul edib.
Polis aksiyaya müdaxilə etməsə də, vətəndaşları ərazidən uzaqlaşdırıblar.
Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.
İkinci mərhələdə isə 1 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə edib.
Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.
"Sovetski" ərazisində söküntülər son illərdə də davam edib ("Turan").
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?