Toplum Tv
Sumqayıtda 41 yaşlı qadının qətli ilə bağlı məlumat yayılıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
DİN-in məlumatında deyilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
"Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib”, - nazirliyin məlumatında deyilir.
DİN qeyd edir ki, T.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır