Sosial

Sumqayıtdakı yanğınla bağlı 9 nəfər xəstəxanaya aparılıb

29 Aprel, 2022
1113

açıq mənbədən götürülüb

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı 9 nəfər xəstəxanaya aparılıb.

TƏBİB-in yaydığı xəbərə görə, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

"Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur", - xəbərdə deyilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın aprelin 29-u saat 08:24-də söndürülüb.

Nazirlik onu da bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  APA-ya deyib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.

Onun sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb. Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub.

“Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”, - U.Tağıyeva qeyd edib.


 


 


 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo