Sosial
Şuşa istiqamətində bir azərbaycanlı hərbçi həlak oldu, ikisi yaralandı
14 Yanvar, 2021
Baxış: 55
FOTO: BBC

Şuşa istiqamətində hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə yanvarın 14-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Sosial

Gəncə sakini: “Tək çarəm Bakıya gedib Prezident Aparatının qabağında oturmaqdır”

Aytac Məmmədli
26 Yanvar 2021

Toplum TV

“Qaynar xəttə də zəng vururam, icra başçısının qəbuluna da yazılıram, ancaq bunu deyirlər ki, get, otur evində. Evə gələn kommisiya üzvləri də qapıdan baxıb çıxıb gedirlər”.  Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində evi dağılmış Gəncə sakini İlham Əbilov belə deyir.  O, artıq 4 aydır ki, həyat yoldaşı və iki uşağı ilə birlikdə Azərbaycan Dövlət  Aqrar Universitetin yataqxanasında yaşadığını bildirir. Nazirlər Kabinetinin Fövqəladə Hallar üzrə Komissiyasının fəaliyyətindən narazı olan İ.Əbilov ev əşyalarına dəyən zərərin ödənilməməsindən də şikayətçidir. Evinin həyətində maşınların təmiriylə məşğul olduğunu, hadisə baş verdikdən sonra işinin də dayandığını vurğulayan Gəncə sakini çıxılmaz durumda olduğunu söyləyir: “Tək çarəm odur...
Sosial

Oqtay Gülalıyevin işində adı keçən həkimlərin fəaliyyəti yenidən araşdırılır

Roza Məmmədova
26 Yanvar 2021

Sosial media

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin işində adı keçən həkimlər yenidən istintaqa cəlb olunur. Bu barədə “Toplum TV”-yə oğlu Təbriz Güləliyev məlumat verib: “Yanvarın 25-də bizi Nəsimi rayon Prokurorluğuna çağırdılar. Anam Firuzə Gülaliyevadan şahid qismində izahat alındı. Prokurorluq bildirdi ki, işə yenidən baxılacaq”. T.Gülalıyev qeyd edib ki, prokurorluqdakı görüşdə 1 saylı Dövlət Kliniki Tibb Mərkəzinin və “Baku City Hospital” özəl klinikasının həkimlərinin O.Gülalıyevin komaya düşməsinə, beynində ciddi xəsarətlərə gətirib çıxaran və bu günə qədər davam edən komatoz vəziyyətinə səbəb olmuş hərəkətləri müzakirə olunub. “Atam City Hospitalın baş revmatoluqu Toğrul Adıgözəlovun nəzarətində olub. Anam dəfələrlə əməliyyatın gecikdirilməsi ilə bağlı xəbərdarlıq etsə də, həkim...
Seçilmiş Videolar