Təhsil Nazirliyi
Şuşa Real Məktəbinin bərpadan sonra necə görünəcəyi müəyyənləşib.
Bununla bağlı Təhsil Nazirliyi mayın 23-də video paylaşıb.
Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub.
1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb