Sosial

"Taliban"ın onlarla yaraqlısı öldürülüb

27 İyul, 2021
207

Əfqanıstanda hökumət qüvvələri ötən sutkada “Taliban” radikal hərəkatının 187 yaraqlısını məhv edib, 112-ni yaralayıb.

TASS-ın məlumatına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin press-relizində bildirilir.

Həmçinin qeyd edilib ki, əməliyyatlar nəticəsində çoxlu sayda silah-sursat müsadirə olunub.

“Taliban” isə öz növbəsində hökumət qüvvələrinə məxsus vertolyotu vurduğunu iddia edib.

Hərəkatın sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, hadisə Qilmənd əyalətində baş verib. O, həmçinin bildirib ki, “Taliban” Nad-e Ali bölgəsinin mərkəzini və polis rəisini ələ keçirib.

Hücum zamanı çox sayda təhlükəsizlik qüvvələrində çalışan əməkdaşların öldürüldüyü və silah-sursat ələ keçirildiyi iddia edilib.

Əfqanıstanın Maliyyə Nazirliyinin açıqlamasına görə, “Taliban”ın bir ay ərzində sərhəd-keçid məntəqələrini ələ keçirməsi nəticəsində hökumət təxminən 34 milyon dollar itirib.
 

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar