Sosial

Tam vaksinlənmiş gənc dövlət işçisi COVID-19-dan vəfat edib

10 Sentyabr, 2021
123

Açıq mənbələrdən götürülüb

Dövlət İmtahan Mərkəzinin (DİM)
əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Vəlizadə sentyabın 10-u mətbuata açıqlamasında bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar