Sosial

Tayıflı kəndinin meşə problemi -“İş yoxdur, neyləyək?”

Roza Məmmədova
27 Yanvar, 2022
280

Toplum TV

 “Hər şikayətdən sonra köhnə kömür quyuları doldurulur, sonra yeniləri ortaya çıxır”

Bura Oğuz rayonu Tayıflı kəndidir.  Tayıflı kəndinin adı mediada daha çox meşə təsərrüfatının ziyan görməsi, qanunsuz yollarla kömür əldə edilməsi və s. xəbərlərlə çəkilir.

Bir neçə ildir ki, kənddə məskunlaşan  Şəhriyar Qasımov bu fikri təsdiqləyir.

O deyir ki, kənddəki meşədə ağaçlar kəsilir, sonra xüsusi quyularda yandırılaraq kömür əldə olunur.

Toplum TV

“Oğuza köçəndən sonra davamlı olaraq havadan pis qoxu gəldiyini hiss edirdim. Sonra qohum-əqrabadan öyrəndim ki, sən deməpis  iy meşədən gəlirimiş”.

Şəhriyar problemdən xəbər tutduqdan sonra ilk dəfə ötən ilin mart ayında  Oğuz rayonu polis idarəsinə şikayət etdiyini söyləyir:

“Bu şikayətdən sonra 10 ay problemin həll ediləcəyinə özümü inandırdım. Bir şey çıxmadığını anladıqda bu ilin yanvarın 10-da “feysbuk”da Daxili İşlər Nazirliyinə müraciə edərək yazı payladım, 2 gün sonra meşədəki kömür quyuları bağlandı”.

Toplum TV

Fəaliyyət sahələri müxtəlif olan ETSN-in nəzarət edib, qorumalı olduğu sahələdən biri də meşə təsərrüfatı olub, meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınması istiqamətindədir.

Situasiyaya əsasən demək olar ki, nazirliyin qoruma mexanizmi şikayətlər ictimailəşdirdikdə, yaxud da  kütləvi hal aldıqda işə düşür.

Məsələn, axırıncı dəfə 2017-ci ildə meşə sahələrindən ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlərdən sonra nazirlik 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.

Toplum TV

Bu komissiyanın müxtəlif bölgələrdə, eləcə də Oğuz rayonun Tayıflı və digər kəndlərində monitorinqlər aparıb, cəzalandırma tədbirləri həyata keçirilib.

Ancaq 2017-ci ildən sonra mediada belə əhatəli monitorinq aparılması ilə bağlı informasiyalara rast gəlinmir. Tayıflı kəndinin adı isə az qala hər il oxşar problemlə bağlı hallanır.

“Qorunurmuş kimi görünmür, meşədə meşəlik qalmayıb…”

ETSN-in mətbuat katibi İradə İbrahimova “Toplum TV”yə açıqlamasında Tayıflı kəndi ərazisində kömür basdırılması faktını təsdiq edib.

Onun sözlərinə görə, qanunsuz kömür istehsal edən şəxslərin Oğuz rayonu, Tayıflı kənd sakinləri İlqar Dursunov, Tofiq Sadıqov, Habil Yusifov, Şahmar Ağazadə və Şirvanlı kənd sakini Mətləb Rzayev olduğu müəyyən edilib.

Toplum TV

“Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Quyular doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb”-mətbuat katibi belə deyir.

Vaxtını təbiətdə keçirən Şəhriyar Qasımov isə problemin kökündən həll olunmadığını deyir və əlavə edir ki, meşəyə hər səfərində o, yenə də kömür basdırılmasına şahid olur.

Ş.Qasımov nə vaxt şikayət etsə, yerli kənd sakinlərinin təzyiqinə məruz qaldığını, onların çörəklərini əllərindən almaqla ittiham edildiyini bildirir.

“Meşəbəyi niyə şikayət etdiyimi sorğulayır. Deyir ki, camaatın çörəyinə bais olma. Əmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Fərman adlı bir oğlan qapımı döyüb “iş yoxdur, neyləyək?”-deyir.

O, problemin yalnız üzdən həll olunduğunu söyləyir və bildirir ki, kəndin bu problemi yuxarı səviyyədə göz yumulduğu üçün illərlə qalmaqdadır.

“Bu tək Nazirliyin problemi deyil”

Ətraf Mühit Məsələri üzrə ekspert Rövşən Abbasov isə deyir ki, kömür istehsalı nəinki Azərbaycan, qlobal səviyyədə problemdir.

Toplum TV

Bununla belə ekspert də təsdiqləyir ki, illərlə əks tendensiya baş verir, problem həll olunmaq əvəzinə artır.

“Guya kömürdə bişən yeməklər, kömürdə qaynayan çay dadlı olur.  Bu da kömürə təlabat olduğunu göstərir.  Bu gün Bakıda hansı restorana baxsanız, onların hamısı ağac kömründən istifadə edir. əsasən də kabab bişirənlər. Qaz, elektrik enerjisi olan yerdə kömürə nə ehtiyac var?”

Toplum TV

Ekspert  bildirir ki, burada yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyini günahlandırmaq doğru deyil.

“Ümumi yanaşma dəyişilməli, eyni zamanda kömür tədarükü və istehsalının qarşısını alacaq xüsusi proqram qəbul edilməlidir. Ölkədə kömürün istifadəsinə qadağa qoyulmalıdır. Bu böyük problemdir, yaxın gələcəkdə də böyüyəcək”,- deyə ekspert bildirib.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo