Sosial

TƏBİB-dəki istefaların səbəbi nədir? – “Gözlənilən hadisə idi” 

Nigar Səmədli
13 Sentyabr, 2021
1998

Açıq mənbələrdən götürülüb

Sentyabrın 12-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

O, bu barədə “Tvitter” hesabında yazıb: 

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”. 

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev da istefa verib. O, vəzifəsindən ayrılmaq üçün ərizə ilə müraciət edib. 

"TƏBİB yeni yaradılmış strukturdur və onun fəaliyyətində həm uğurların, həm də çatışmazlıqların olması mümkündür". 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, istefanın səbəbilə bağlı açıqlama veriləcək: “Yeni rəhbərliyin isə işləri daha yüksək səviyyədə aparmasında və qarşısında duran vəzifələri yerinə yetirməsində daha səmərəli addımlar atacağını ümid edirəm”. 

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

Millət vəkili TƏBİB-in fəaliyyətini də dəyərləndirib: “TƏBİB yeni yaradılmış strukturdur və onun fəaliyyətində həm uğurların, həm də çatışmazlıqların olması mümkündür. Koronavirus pandemiyası təkcə Azərbaycan üçün deyil, dünya üçün çox böyük problemdir və bu problemin həlli yolları həm nəzəri, həm də praktiki yollarla axtarılır. Bu baxımdan TƏBİB müəyyən dərəcədə fəaliyyət göstərdi və o, təkcə koronavirusla mübarizə aparmırdı. Yerlərdə səhiyyənin təşkili, tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə ocaqlarının işinin yenidən qurulması kimi fəaliyyətlərlə də məşğuldur. Bütün bunların hamısı Azərbaycan və bu işlərlə məşğul olan insanlar üçün yenidir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi yeniliklərə hazırdır və həm uğurlarımızı, həm də çatışmazlıqlarımızı ümumiləşdirərək bu istiqamətdə daha yaxşı işlər görmək olar”. 

Vüqar Cavadzadə - ARB TV

"Bütün problemlərə görə Ramin Bayramlının günahlandırılması düzgün deyil"

İnfeksionist Vüqar Cavadzadə də düşünür ki, bütün problemlərə görə Ramin Bayramlının günahlandırılması düzgün deyil: “Yəqin, hansısa çatışmayan məqamlar olub ki, uzaqlaşdırılıb. Amma biz çatışmazlıqlarla bağlı hər şeydə Ramin Bayramlını günahlandıra bilmərik. Koronavirus sadəcə bizdə deyil ki, bu şəxsin bacarmadığını deyək. Pandemiya dünyanın 220-dən çox ölkəsində yayılıb. Azərbaycanda isə TƏBİB yarandıqdan bir müddət sonra pandemiya başladı. Yeni yaranan, maddi-texniki bazası tam formalaşmayan qurum birdən-birə çox ağır iş şəraiti ilə üz-üzə qaldı. Ona görə də TƏBİB-in fəaliyyətinin zəif olduğunu deməzdim. Bu qurumun tabeliyində 40-dan artıq tibb mərkəzi, laboratoriya koronavirus əleyhinə mübarizə üçün fəaliyyət göstərib. Nöqsanlar isə hər işdə mövcuddur”.  

Aydın Əliyev - Azadlıq Radiosu

"Yəqin, hansısa çatışmayan məqamlar olub ki, uzaqlaşdırılıb"

Həkim-radioloq Aydın Əliyev isə sözügedən istefaların gözlənilən olduğunu vurğulayır: “Biz dəfələrlə qeyd etmişdik ki, görülən işlərdə ciddi qüsurlar var. Yəqin ki, qurumun daxilində də bu cür problemlər mövcud olub. Biz bunun proqnozunu verdiyimiz üçün gözlənilən hadisə idi. İndi çalışıb həmin qüsurları aradan qaldırmaq lazımdır. Dövlətin büdcəsinə ziyan dəyirsə, bütün bu məsələlər ciddi araşdırılmalıdır”. 

Həkim pandemiya ilə mübarizə müddətində mövcud problemləri də sadalayıb: “Koronavirusla mübarizə aparılmasında işin təşkili, karantin qaydalarının tətbiqi, təchizat, xəstəxanalara pul qarşılığında xəstələrin yerləşdirilməsi, qaynar xətlərin işləməməsi, tapşırıqla saturasiyası 97-98 olan xəstələrin xəstəxanalara yerləşdirilib 80 saturasiya ilə təcili tibbi yardım maşınlarında boğulması kimi ciddi məsələrdə problemlər var idi və bunlar hələ də davam edir”.  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. 

Sosial

DİN məktəbdə narkotikli konfetin peyda olmasına aydınlıq gətirib 

4 Oktyabr 2022

Rəsmi səhifə

Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.  Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.  Onun sözlərinə görə, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib. https://toplum.tv/sosial/mektebde-doyulen-usagin-atasi-polis-ne-doyene-deyir-ne-video-cekene  "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.  Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb", - Elşad Hacıyev bildirib.  DİN rəsmisi valideynlərdən sosial şəbəkələrdə...
Sosial

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

Roza Məmmədova
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Məktəbdə uşağın döyülməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb. Lakin döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. “Toplum TV” yə açıqlamasında o bildirib ki, hələlik oğlunu döyən uşağa şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib. Valideyn bildirib ki, məktəb rəhbərliyi uşağın döyüldüyünü ona xəbər verməyib. O videonu sosial şəbəkələrdə gördükdən sonra xəbər tutub. Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri ötən gün yayılıb. Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən izahat alındığını, psixoloqların uşaqlarla söhbət apardığını bildirib. https://toplum.tv/sosial/112-sayli-sagirdin-bulinqe-meruz-qaldigi-bildirilir Sabunçu rayon 119 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə...

Seçilmiş Videolar

Toplum TV loqo