Sosial

TƏBİB-dən əhaliyə müraciət: "Yoluxma artır, diqqətli olun, kütləvi yerlərdən yayının!"

11 İyul, 2022
885

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) COVİD-19-la pandemiyası ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilir ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. 

Azərbaycanda isə bu rəqəm 9 719-dur: “Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq – Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun; Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın; Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın; Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin; Qapalı məkanları tez-tez havalandırın; Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin; İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin”.

İyulun 11-i Ümumdünya Əhali Günüdür. 

Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10173178 nəfər olub.

Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.

Rəsmi məlumata görə, indiyə qədər Azərbaycanda  9 719 nəfər koronavirusdan vəfat edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Xankəndinə növbəti dəfə ərzaq və tibbi yardım göndərir

26 Sentyabr 2023
Azərbaycan bu gün, sentyabrın 26-da növbəti humanitar yük və tibbi ləvazimatları Xankəndinə yola salıb. Toplum TV APA-ya istinadən bildirir ki, 4 yük maşınından ibarət humanitar yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.  https://toplum.tv/siyaset/pbaki-xankendideki-partlayisda-yaralananlara-yardim-goumlnderibp Humanitar yardım Xankəndinə Ağdam-Əsgəran-Xankəndi yolu ilə  göndərilir. Bundan əvvəl Azərbaycanın Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar göndərdiyi açıqlanmışdı.   
Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...

Seçilmiş Videolar

Toplum TV loqo