Sosial

TƏBİB rəsmisinin müəmmalı açıqlaması - Payızda karantin tətbiq ediləcək?

Samirə Əli
9 Avqust, 2022
920

Açıq mənbələrdən götürülüb

“Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bu gün yerli kanalların birinə verdiyi müsahibəsində bildirib.

Rəsminin açıqlaması sosial şəbəkələrdə gündəm olub. Beləliklə, payızda ölkədə karantin rejimi yenidən sərtləşdirilə bilərmi, karantin tətbiqi deyiləndə hansı məhdudiyyətlər nəzərdə tutulur, yenidən maska taxmaq məcburiyyəti gündəmə gələ bilərmi kimi suallar ortaya çıxıb.

https://toplum.tv/sosial/sehiyye-nazirliyi-koronavirusa-yoluxma-daha-da-keskinlesecek

TƏBİB-in sözçüsü Zamirə Ədilova “Toplum TV-yə açıqlamasında bildirib ki, ölkədə karantin rejiminin sərtləşdirilməsi barədə qərarı TƏBİB vermir.

“Belə bir qərar yoxdur. Əgər belə bir qərar veriləcəksə də, bu qərarı verən qurum TƏBİB deyil. İkincisi, Akif Qurbanov payızda karantin olacaq deməyib. Sadəcə deyib ki, mövsüm dəyişikliyi ilə əlaqədar infeksion xəstəliklər, eləcə də COVID-19-a yoluxma sayı arta bilər, belə olan halda da müvafiq tədbirlər görülə bilər. Sadəcə, saytlar xəbər başlığını o şəkildə çıxarıblar və gündəmə səbəb olub”, - deyə qurumun sözçüsü əlavə edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

https://toplum.tv/sosial/quru-serhedlerin-bagli-olmasindan-kimler-qazanir

Bildirilib ki, sutka ərzində koronavirusdan bir nəfər vəfat edib.

Ölkədə indiyədək 802 060 nəfər koronavirusa yoluxub. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.

Ölkədə son sutka ərzində 2 442, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo