Sosial

Təhsil işçiləri və valideynlər imtahanların vaxtının dəyişdirilməsini tələb edir

15 Yanvar, 2022
409

Açıq mənbələrdən götürülüb

Bu gün bir qrup təhsil işçisi və valideyn Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadəyə buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi üçün müraciət ünvanlayıb.

Bu barədə yanvarın 15-də “Toplum TV”-nin redaksiyasına daxil olan açıqlamada bildirilir.

“DİM-in sosial şəbəkələrdə,  daha dəqiq desək, rəsmi “Facebook” səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər tərəfindən birmənalı etirazla  qarşılandı. Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və  ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub”, - Məleykə Abbaszadəyə ünvanlanan müraciət məktubunda bildirilib.

Müraciətdə həmçinin bu fikirlər yer alıb:

“Öz kütləvi xarakteri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik)  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb.

Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik:

DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı “Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində  öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb.

DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün  fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da  möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına  üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühüm faktordur.

DİM bu cür imtahanları ilin  istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər.

Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından,  sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu  stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil.

“Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən  proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl  dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur.

DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik”.

Məktubda yekun olaraq, tələb edilir ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin.

Müraciəti ümumilikdə 270 nəfərdən ibarət təhsil işçisi və valideyn imzalayıb.

Sosial

Azərbaycanda koronavirusa yoluxmaların sayı 700-ü keçdi

17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son gündə 710 nəfər koronavirusa yoluxub. Bu barədə avqustun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb. https://toplum.tv/sosial/tebib-resimisinin-muemmali-aciqlamasi-payizda-karantin-tetbiq-edilecek Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir. Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.
Sosial

182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?

Roza Məmmədova
17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub, bu göstərici ilə Azərbaycan ölkələrin qlobal reytinq siyahısında 121-ci yerdə qərarlaşıb. Halbuki iyun ayında Azərbaycan siyahıda 3 pillə irəlidə idi. İnformasiyanı sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparan  “Speedtest Global Index” yayıb. Sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında ilk pillədə Çili (212,98 MB/S), sonuncu pillədə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb. Türkiyə 106, Özbəkistan 86, Qırğızıstan 78, Rusiya 49-cu yerlərdədir. Hazırda müharibə şəraitinin mövcud olduğu Ukrayna isə 61-ci yerdədir. Azərbaycan mobil internetin sürətinə görə ölkələrin qlobal reytinq siyahısında da 2 pillə geriləyib və...

Seçilmiş Videolar

Toplum TV loqo