Sosial

Təhsil kreditindən hansı tələbələr yararlanacaq?

25 Noyabr, 2021
68

Forbes

“Təhsil tələbə krediti bir çox insanın təhsil almaq imkanını artırır. Digər məqsəd sosial çətinliklərin aradan qaldırılmasıdır".

APA-nın məlumatına görə, bunu Təhsil Tələbə Krediti ilə bağlı keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə veriləcək. Akademik borcu olanlar bundan yararlana bilməyəcək. TTK sığortalanır, banklar vasitəsilə manatla veriləcək. Kredit sistemi Azərbaycan vətəndaşlarına verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə biləcək".

Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər: “Azərbaycanda təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400-10000 manat aralığında dəyişir. Aktuar hesablamaların nəticəsi nəzərə alınaraq, TTK Fondunun himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə faizləri təsdiq edib. Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir”.

İdris İsayev deyib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır: “Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri subbakalavr üzrə təhsil alır. Onlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Bunlardan 40465 nəfəri bakalavr, 5426 nəfəri magistr, 10317 nəfəri isə subbakalavr üzrə təhsil alan tələbələrdir”.

Sosial

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Vaksinasiya Azərbaycanda son sutkada koronavirus  əleyhinə 37 057 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların...
Sosial

Gələn ilin qeyri-iş günləri açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Gələn il Novruz bayramı ilə əlaqədarisə  8 gün ardıcıl qeyri-iş günü olacaq. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və...
Seçilmiş Videolar