Sosial

Təhsil naziri: “Sorğuda iştirak edənlərin 75 faizi distant təhsilə səs verib”

3 Aprel, 2021
118

APA

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü".

Təhsil naziri Emin Əmrullayev aprelin 3-də “Feysbuk” səhifəsindəki canlı yayım zamanı belə deyib.

“Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi".

E.Əmrullayev bildirib ki, qarşıdakı həftələrdə vəziyyətin necə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız indiki yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlərə aid olur”.

Nazirin sözlərinə görə, məktəblərin distant təhsilə keçirilməsi qərarı 50 min nəfərin iştirak etdiyi ictimai sorğunun nəticələrinə əsasən verilib:
“Rəy bildirənlərin 75 faizi məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı, şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq" - E.Əmrullayev aprelin belə deyib.

Nazir məktəblərin açılmasının vaksinasiyanın tempindən olacağını bildirib:
"İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam peyvənd edilib, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiyaya cəlb olunacaq".

 

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar