Təhsil Nazirliyi appellyasiyada uğur qazananlarla bağlı şübhələrə cavab verdi
açıq mənbələrdən
Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsindən kəsilənlər üçün apellyasiya müsahibələri təşkil edib.
Bu barədə nazirlik mayın 20-də məlumat yayıb. Məlumata görə, 188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq təhsil müəssisələrində daimi əsaslarla çalışmaq imkanı qazanıb. 103 müəllimin apellyasiya şikayətinin təmin olunması isə nazirliyin ilkin müsahibə mərhələsində düzgün qiymətləndirmə aparıb-aparmaması ilə bağlı suallar doğurub.
"Toplum TV" suallara aydınlıq gətirmək üçün quruma sorğu göndərib. Təhsil Nazirliyi sorğuya cavab olaraq bildirib ki, işə qəbulla bağlı müsabiqənin onlayn müsahibə mərhələsi ilə apellyasiya müsahibələri arasındakı vaxt namizədlərin hazırlaşaraq gəlmələrinə imkan yaradır. Eyni zamanda qeyd olunur ki, apellyasiyaya müraciət edənlərin topladığı bal təyin edilmiş keçid balına minimum fərqlə yaxındır.
Təhsil eksperti Nabatəli Qulamoğlu nazirliyin verdiyi açıqlamanın əsaslı olduğunu hesab edir.
Onun dediyinə görə, müəllimlər, doğrudan da, onlara verilən vaxt aralığında öz biliklərini artıra, çatışmazlıqlarını düzəldə bilərlər. Lakin ekspert nazirliyin bu addımının formal xarakter daşıdığı ehtimalını da irəli sürür: "Sadəcə, görüntü yaratmaq istəyirlər ki, nazirlik çox tələbkardır".
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”