Sosial

Təhsil tələbə kreditləri üzrə güzəştlər açıqlandı

25 Noyabr, 2021
68

Açıq mənbələrdən götürülüb

“Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur”.

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, kreditə görə faizlər müvafiq qaydada hesablanır: “Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

- Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.

- Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişinin azad olunur”.

Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:

“ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunur”.

Sosial

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Vaksinasiya Azərbaycanda son sutkada koronavirus  əleyhinə 37 057 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların...
Sosial

Gələn ilin qeyri-iş günləri açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Gələn il Novruz bayramı ilə əlaqədarisə  8 gün ardıcıl qeyri-iş günü olacaq. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və...
Seçilmiş Videolar