Sosial

Tələbə Krediti nədir və təhsildə hansı dəyişikliklərə səbəb olacaq?

18 İyun, 2021
207

Açıq mənbələrdən götürülüb

Təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti ilə bağlı suallara aydınlıq gətirib. 

APA-nın məlumatına görə, nazir Təhsil kreditlərinin ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracağını bildirib.  

O deyib ki, burada əsas məqsəd ali təhsildə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır: "Təhsil Tələbə Krediti Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq".

Emin Əmrullayevin sözlərinə görə, Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini həyata keçirəcək.

“Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq. Gələcəkdə Fondun maliyyəsi daha da artırıla bilər. Uzunmüddətli kredit olacaq, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək”.

Nazir deyib ki, kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək: “Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər”.

Emin Əmrullayevin bildirdiyinə görə, Təhsil Tələbə Kredit Fondu Azərbaycandakı universitetlər üçün nəzərdə tutulub, xaricdə təhsil alanlar üçün yox.

"Tələbə təhsil haqqı ödəyə bilməyəndə bu universitet üçün də problem olur. Amma təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Bu kredit istehlak kreditlərindən fərqli olacaq, orada faiz iki rəqəmli olur, amma burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox az olacaq. Amma bu, vətəndaşı məsuliyyətdən azad etmir, bu kredit aləti ilə vətəndaş həyatının növbəti mərhələlərində məsuliyyətli olmalıdır. Tələbə krediti qarşılıqlı inam və tələbə dövründən sosial məsuliyyəti dərk etməyə kömək edəcək, burada 20 illik müddətdən söhbət gedir”.

Daha çox bakalavr və magistr səviyyəsi üzrə kredit olacaq. 

Nazirin sözlərinə görə, təhlillər göstərir ki, orta hesabla 95 faiz tələbə universiteti bitirir, digər 5 faiz tələbə təkcə təhsil haqqı yox, başqa səbəblərdən də bitirə bilmir: "İnkişaf etmiş ölkələrdə 30-40 faiz tələbə ali təhsili bitirə bilmir, əsas səbəb də imtahanları verə bilməməyi olur. Amma bizdə tələbələr imtahan verirlər, amma təhsilin keyfiyyəti əsas amildir. Təhsil güzəşti həm də keyfiyyətdə güzəşt deməkdir. Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı şərtlər yerində qalır, amma ödənişli şərtlərlə oxuyanlar kredit ala bilər. Konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu kredit böyük ehtimal ki, Azərbaycanda təhsil alan xarici tələbələrə şamil ediləcək”.

Sosial

İki dəfə vaksin vurduranların sayı 2 milyonu keçdi

29 İyul 2021

BBC

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub. Bu barədə iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.
Sosial

Son sutkada yoluxanların sayı

29 İyul 2021

Sosial Media

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Seçilmiş Videolar