açıq mənbədən götürülüb
Qaradağ rayonu, Puta qəsəbəsində transgender, 27 yaşlı Əhəd Nuriyevin öldürülməsi və meyitin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları başa çatıb.
Meydan TV-nın xəbərinə görə, aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətldə təqsirli bilinən Mirşahid Mehdiyev 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.
Prokuror isə ona 10 il 6 ay həbs cəzası verilməsini istəyib. O, bunu zərərçəkmiş tərəflə barışıq olması, himayəsində azyaşlı uşaqlarının olmasının yüngülləşdirici hal sayılması ilə əsaslandırıb.
M.Mehdiyev törətdiyi əməlindən peşman olduğunu deyib.
Əhəd Nuriyevin meyiti 2021-ci il avqustun 22-də axşam saat 21 tapılıb. Amma qətl hadisəsinin bundan bir neçə gün əvvəl – avqustun 18-də baş verdiyi məlum olub.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Əhəd Nuriyevin anası tanınıb.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır