Sosial

Tural Abbaslı: “Bir insanla ədavətin varsa, onun ailəsi bu mübarizənin tərkib hissəsi olmamalıdır"

Aytac Məmmədli
29 Mart, 2021
1884

Sosial Media

"Müstəqilliyimizdən 30 il keçib, biz hələ də siyasi münasibətlər sistemini formalaşdıra bilməmişik".

Ağ Partiyanın sədri Tural Abbaslı "Toplum TV"-yə belə deyib. 

Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən  intim görüntülər  yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.

O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

Tural Abbaslının sözlərinə görə, hər iki düşərgənin - həm müxalifət, həm iqtidarın yanlış siyasəti nəticəsində Azərbaycanda siyasi rəqabət anlayışı formalaşmayıb. Bunun əvəzində siyasi mübarizə şəxsiləşdirilib, milli-mənəvi dəyərlərə uyğun olmayan münasibətlər sisteminə çevrilib: 

"Müxalifət düşərgəsində də blogerlər - təhqir müxalifəti eyni şeyi təkrarlayır. Burda heç kim iqtidarın məsuliyyətini azaltmır, problemi onlar başladıb. Polislər axtardıqları adamları tapa bilməyəndə, onların ailə üzvlərini bölmələrə aparırdılar. Biz o zaman da qeyd edirdik ki, bu yanaşma doğru deyil. Bir insanla ədavətin varsa, onun ailəsi bu mübarizənin tərkib hissəsi olmamalıdır". 

Onun dediyinə görə, ölkə 30 ildir iqtidar-müxalifət anlayışını formalaşdıra, düşmənçilik-rəqabət anlayışlarını ayıra bilmir: "Siyasi düşərgələrin hərəsi özünə sərf edən ifşaedici vasitələrdən istifadə edir, bunun əzabını da xalq çəkir. Cini şüşədən buraxıblar, indi yığışdıra bilmirlər".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo