açıq mənbədən götürülüb
Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb.
"TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir.
Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb.
İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib.
Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda əməliyyat keçirib. Ünvanlarda çoxlu bukletlər və rəqəmsal materiallar aşkarlanıb. Əməliyyatlar zamanı Əfsanə G, Fərnaz H, Fuad K, Ələkbər K, Səid K və Əli A. saxlanılıb. Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.
Şübhəli Fuad K. isə ittiham tərəfinin ifadəsində sualları imtahan mərkəzindən çıxaran şəxsin M.N., satanın isə Cahid M. olduğunu etiraf edib:
"Suallar qutuda şifrə ilə gəlir. Onu gətirən şəxs şifrəni açıb yenidən içəri qoyur. Cahid də sualları əcnəbi tələbələrə satır. Cahidin məndən tələbi odur ki, sualları götürüb tələbələrə paylayım. Cahid Azərbaycandan köhnə dostumdur”.
Saxlanılanlardan Ələkbər K. sənədlər PDF faylı ilə gələndən sonra “Telegram”-a yükləndiyini və 500-1000 dollara satıldığını etiraf edib.
Cahid M-nin imtahan suallarını tədarük edib satdığını iddia edən şübhəli Səid K. isə bunu əlavə edib: "Bu imtahan eyni anda 170 ölkədə olur. Bu sualları Türkiyədə paylayan Cahiddir. Cahid bütün sualları, o cümlədən Bakıdakı bütün universitetlər üzrə sualları satır”.
Ankara prokurorluğunda şübhəli bilinən şəxslər barəsində “xüsusi mühafizə olunan əşyaların oğurlanması” və “dövlət qurumlarının zərərinə dələduzluq” cinayət maddələri ilə bağlı aparılan istintaq başadılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür