Sosial

Türkiyəli futbolçular Bakıda dava edib

21 İyun, 2021
774

Reuters

AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.

Bu barədə iyunun 21-də "Apasport.az" saytı məlumat yayıb. 

Bildirilir ki, “ay-ulduzlular”ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.

Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib. Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.

A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.

UEFA Avro-2020 çərçivəsində Bakıda baş tutan qarşılaşmalardakı azarkeş sayı da açıqlanıb. 

Rəsmi göstəricilərə görə, İsveçrə-Uels oyununda 8762, Türkiyə-Uels oyununda 19.762, Türkiyə-İsveçrə oyununda isə 17.138 azarkeş iştirak edib. Yəni, üç oyuna ümumilikdə 45.682 nəfər.

Bakı Olimpiya Stadionunun tutumu 69.870 nəfərdir

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo