Sosial

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməyə icazə verən sənəd təsdiqləndi

18 Fevral, 2021
112

Sputnik.az

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokolun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.

Prezidentin rəsmi saytının fevralın 18-də verdiyi məlumata görə, qanun Azərbaycan vətəndaşlarının üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər. Bir ölkənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən digər ölkə vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasportla müraciət etməlidir.

Sosial

Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”

Nuranə Atakişiyeva
4 Mart 2021

"Report"

“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb. - Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir? Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin  6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə...
Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart 2021

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək". Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib.  Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub.  Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar...
Seçilmiş Videolar