Sosial

UNESCO-nun siyahısındakı evin damını külək aparıb, rəsmilər evi sığortalamağı tövsiyə edib

Günel Manaflı
1 İyul, 2022
279

Toplum TV

“Martın 29-da evimin dam örtüyü külək nəticəsində uçub. 76 yaşım var, yaşlı və tək qadınam. Evimin damını düzəltdirməyə imkanım yoxdur. Yağış yağanda qonşuda qalmaq məcburiyyətindəyəm, çünki evi su basır”.

Şəki şəhər Fətəli Xan Xoyski küçəsi 3 nömrəli evdə yaşayan Lyozər Sadıqova Toplum TV-nin qaynar xəttinə belə deyir.

Şikayətçi rəsmi qurumlara dəfələrlə müraciət etsə də, müsbət cavab almadığını iddia edir.

“Evim UNESCO-nun nəzdindədir və Şəki Qoruq İdarəsinə baxır. Şəki rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdim ki, evimin damını təmir etsinlər. Mənə dedilər ki, sizin evin təmir məsələsinə Qoruq İdarəsi baxır, ora müraciət edin. Qoruq İdrasinə də müraciət etdim. Oradan da dedilər ki, evinizin damını düzəltməyə bizim imkanımız yoxdur. Bunun üçün idarəyə pul ayrılmayıb. Evin damına kirəmit lazımdır. Mənim də kirəmit almağa pulum yoxdur. Yağış yağanda gedib qonşuda qalmalı oluram. Evimi su basır. Bununla bağlı İlham Əliyevə, Mehriban Əliyevaya da telegram vurmuşam. Heç bir cavab gəlməyib”.

Toplum TV

Şəki Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Toplum TV-yə bildirir ki, Qoruq İdarəsinin işi ev təmir etmək deyil.

“Vətəndaşın şikayətinə baxılıb, araşdırılıb və ona izahat verilib ki, biz qoruq olaraq dam örtüyü bərpa etmirik. Biz nə tikinti idarəsi deyilik, nə də sosial bir obyekt deyilik ki, vəsaitimiz olsun, damı bərpa edək. Hamı gəlir ki, “evim UNESCO-ya aiddir”, “UNESCO bura pul ayırıb, sən də yeyirsən”. Kim camaata bu fikri aşılayıb? Axı belə deyil. Bu bizim öhdəliyimizdə olan məsələ deyil. Bunun üçün bələdiyyə, icra hakimiyyəti var, onlar maliyyə cəhətdən kömək edə bilərlər”.

Toplum TV

Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini Zərinə Cavadova şikayətlə bağlı Toplum TV-yə yazılı cavab göndərib. O, Lyozər Sadıqovaya evə dəymiş zərərin bir qisminin aradan qaldırılması məqsədilə iyunda 300 manat birdəfəlik maddi yardım göstərildiyini yazır.

https://toplum.tv/sosial/goygol-sakini-icra-numayendesinin-girmeye-qorxdugu-evde-biz-illerdir-yasayiriq

“Bundan başqa vətəndaş L.Sadıqovaya qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilib, yaşadığı fərdi yaşayış evini icbari sığorta etdirməsi tövsiyə olunub”.

Z. Cavadovanın sözlərinə görə, şikayətçiyə maddi yardım ayrıldıqdan sonra o, eyni məzmunlu şikayətlə təkrar İcra Hakimiyyətinə müraciət edib: “Hazırda Lyozər Sadıqovanın təkrar müraciəti Şəki Şəhər İcra Hakimiyyətinin komissiyasının icraatındadır və məsələyə yenidən baxılıdıqdan sonra müvafiq köməklik göstəriləcəkdir”,- cavab məktubunda qeyd olunur.

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo