Sosial

Universitet müəllimi sirri açdı: “Bizə tapşırılıb ki, təhsil dövründə əcnəbiləri çox incitməyək”

Aytac Məmmədli
25 Oktyabr, 2021
2753

Açıq mənbələrdən götürülüb

Naxçıvan Dövlət Universitetində (NDU) oxuyan hər 6 nəfərdən biri xarici vətəndaşdır.

NDU-nun müəllimlərindən bəziləri narazıdır ki, bu, universitetin təhsil səviyyəsini aşağı salır. Təhsil ekspertləri isə düşünür ki, ölkə bazarı bu işdən “qazanclı çıxır”.

Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycanın ali və orta ixtisas təhsili ocaqlarında 89 ölkədən 6500 nəfərdən çox əcnəbi şəxs təhsil alır. Onların 35 faizə yaxını Türkiyədən (2 min 367) gələnlərdir. Sonrakı üç yeri – İran (1063), Gürcüstan (692) və Rusiya (640) tutur.

Əcnəbi tələbələrin sayına görə, birinci yerdə Azərbaycan Tibb Universiteti, ikinci yerdə Naxçıvan Dövlət Universiteti gəlir. NDU-da təhsil alan 6 min tələbənin 1043-ü əcnəbidir.

Müqayisə üçün bildirək ki, tələbə sayı NDU-dan 4 dəfə çox olan, 24 min tələbənin təhsil aldığı BDU-da cəmi 328 əcnəbi təhsil alır.  Yəni BDU-da hər 70, NDU-da isə hər 5 nəfərdən biri xarici vətəndaşdır.

Sual yaranır: Əcnəbi tələbələr niyə Naxçıvan Dövlət Universitetində təhsil almaqda maraqlıdırlar, onları cəlb edən nədir?

Türkiyəli tələbə: “NDU-da dərslər asanlaşdırılıb ki, əcnəbi tələbələr universiteti rahat bitirə bilsinlər”

Adının açıqlanmasını istəməyən türkiyəli tələbələrdən biri “Toplum TV”-yə danışır ki, bu universiteti seçməyinin əsas səbəbi “eyni millət, eyni dil” amilidir. Onun sözlərinə görə, naxçıvanlı müəllimlər əcnəbilərlə yaxşı davranır, dərslərdə güzəşt edirlər.

Tələbə universitetə illik 2500 manat, yataqxanaya isə 80-100 manat ödəniş etdiyini söyləyir. Dediyinə görə, xarici tələbələrin illik ödənişi yerli tələbələr üçün nəzərdə tutulandan 2 dəfə çoxdur.

O, bununla belə, əcnəbi tələbələrin dərslərinin və qəbul qaydalarının asanlaşdırıldığnı dacvurğulayır: "Bizim dilimiz bənzərdir deyə çətinlik çəkmirik. Amma başqa tələbələr üçün dərslər asanlaşdırılıb ki, universiteti rahat bitirə bilsinlər. Həm də burda oxumaq bizə ucuz başa gəlir. Türkiyədə özəl universitetlər bahalı, diplom almaq çətindir. Bu universitetin diplomu Türkiyədə tanınır deyə bizə rahatdır”.

Naxçıvan - Açıq mənbələrdən götürülüb

Türkiyəli tələbə oxuduğu universitetdən narazı olmasa da, Azərbaycanda qalıb işləməyi düşünmür: “Burada əsla qalmağı düşünmürəm. Naxçıvanda iş yox, şərait yox. Burdakı insanlar onsuz da  işləmək üçün Türkiyəni seçirlər. Vətənimə dönüb ixtisasım üzrə iş tapacam”.

NDU: “Rəhbərlik həmişə deyir ki, birinci növbədə əcnəbilər yataqxana ilə təmin olunsunlar”

NDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səadət Əliyeva deyir ki, universitetdə 10-a yaxın xarici ölkədən tələbə təhsil alır. Onlar arasında türkiyəli tələbələr üstünlük təşkil etsə də, Özbəkistan, Pakistan, Banqladeş, Nigeriya və digər ölkələrdən gələnlər də var.

Onun sözlərinə görə, tələbələr daha çox tibb, memarlıq-inşaat, informasiya texnologiyaları, psixologiya ixtisasları üzrə müraciət edirlər.

Universitet nümayəndəsinin fikrincə, Naxçıvanda təhlükəsiz mühit olduğu üçün əcnəbilər buranı seçirlər: “Naxçıvanda təhlükəsizlik yüksək səviyyədə təşkil olunub. Vasif Talıbovun diqqətilə hər bayram xarici tələbələrə pul mükafatı, ərzaq payı verilir. Rəhbərlik həmişə deyir ki, birinci növbədə əcnəbilər yataqxana ilə təmin olunsunlar, sonra yerli tələbələr. Burda təhsil alanlar getdikləri ölkələrdə universiteti təbliğ edirlər deyə bizə müraciət edən xaricilərin sayı çox olur”.

NDU müəllimi: “Bizə tapşırılıb ki, təhsil dövründə onları çox incitməyək”

Amma universitetin müəllimləri eyni fikirdə deyillər. Məsələn, “Gündəlik Naxçıvan” səhifəsinə danışan, adının çəkilməsini istəməyən müəllimlərdən birinin dediyinə görə, daha çox əcnəbi tələbə cəlb etmək üçün universitet ödənişli şərtlərlə qəbulu xeyli asanlaşdırılıb.

Müəllimin dediyinə görə, əhalinin çox hissəsinin Naxçıvanı tərk etməsi, yerdə qalan ailələrin sosial durumunun ağır olması ödənişli təhsil sahəsində axsaqlıq yaradıb və son dövrlər əcnəbi tələbələrə şərait yaratmaqla NDU bu problemi nisbətən həll edib.

“Öz ölkələrində ali məktəblərə qəbul ola bilməyənlər, ödənişini verib, burda rahat oxuya bilərlər. Onlardan ciddi qəbul imtahanı da götürülmür. Bizə tapşırılıb ki, təhsil dövründə onları çox incitməyək və normal qiymətlər yazaq ki, universiteti bitirə bilsinlər. Necə olsa, universitetə gəlir gətirirlər. Savad səviyyəsi aşağı olan əcnəbi tələbə burada oxuyub rahatlıqla diplomunu ala bilir. Onların əksəriyyəti öz ölkələrində ali məktəblərə qəbul ola bilməyən Türkiyə vətəndaşlarıdır. Bu işdən hər iki tərəf uduşlu çıxır. Universitet gəlir qazanır, onlar da necə deyərlər, pulunu verib, diplomlarını alırlar", - deyə universitet müəllimi qeyd edib.

Lakin NDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səadət Əliyeva müəllimin bu iddialarını qəbul etmir, deyir ki, burada heç kəs diplomu pulla almır, təhsilə münasibətdə xarici vətəndaşlar yerlilərdən fərqləndirilmir.

“Universitetin qoşulduğu ikili diplom layihələri var. Bu layihələrdən biri Türkiyə ilə imzalanıb, növbətini Fransa ilə düşünürük”, - universitet nümayəndəsi belə deyir.

Təhsil eksperti: “Əsas odur ki, əcnəbi tələbələr bizim ölkə bazarına zərər vurmur”

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, əcnəbilərin çoxluğu onsuz da təhsil səviyyəsi aşağı olan NDU-nun adına xələl gətirmir.

Nabatəli Qulamoğlu - Açıq mənbələrdən götürülüb

“Tələbələr diplom alıb gedirlər. Bunun bizə heç bir zərəri yoxdur. Öz ölkələrində normal təhsil bazarı olsa, o tələbələr çıxdaş olacaq, hansısa fəhlə bazarında gəzəcəklər. Bəlkə Nigeriya, Banqladeş kimi ölkələrdə prestij əldə etmək olar. Bu da onların daxili işidir, əsas odur ki, əcnəbi tələbələr bizim ölkə bazarına zərər vurmur”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo