Bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Fəaliyyət Planında həmçinin bu qərarlar yer alıb:
Azərbaycanda himayədar ailələr yaradılacaq.
Ailə Məsləhət mərkəzləri yaradılacaq.
Uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.
Xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görüləcək, o cümlədən onlara hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstəriləcək.
2021-ci ildə Vahid Miqrasiya Məlumat Sistemində ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazası yaradılacaq.