Sosial

Vaksinasiya maxinasiyasına yol vermiş şəxslər işdən çıxarıldı

22 Aprel, 2021
993

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesində nöqsanlara yol verən şəxslər işdən azad olunub. 

Bu barədə aprelin 22-də Səhiyyə Nazirliyindən məlumat verilib. 

Məlumatda deyilir: 

"Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib".

Bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib. 

"Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək", - deyə Səhiyyə Nazirliyindən bildirilib.

Sosial

Kütləvi məzarlıqda tapılan geyimlərin azərbaycanlı hərbçilərə aid olduğu güman edilir

5 Oktyabr 2022

APA

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdakı meyitlər analizdən keçirilib və geyimlərə əsasən onların hərbçilər olduğunu deməyə əsas yaradır.  Yaxın günlərdə qazıntı işləri yenidən davam etdiriləcək. Bu sözləri oktyabrın 5-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev mətbuata açıqlamasında deyib.  https://toplum.tv/dunya/abs-azerbaycanin-17-ermeni-herbcini-tehvil-vermesini-alqislayib Onun sözlərinə görə, Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb: “İlk olaraq işlərə Xocavəndin Edilli kəndində başlanılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə...
Sosial

DİN məktəbdə narkotikli konfetin peyda olmasına aydınlıq gətirib 

4 Oktyabr 2022

Rəsmi səhifə

Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.  Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.  Onun sözlərinə görə, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib. https://toplum.tv/sosial/mektebde-doyulen-usagin-atasi-polis-ne-doyene-deyir-ne-video-cekene  "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.  Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb", - Elşad Hacıyev bildirib.  DİN rəsmisi valideynlərdən sosial şəbəkələrdə...

Seçilmiş Videolar

Toplum TV loqo