Sosial

Elçin Sadıqov siyasi işlərə çıxdığı üçün cəzalandırıldığını deyib - Yenilənir

10 Sentyabr, 2022
1151

Elçin Sadıqov haqqında həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon məhkəməsinə aparılıb.

Vəkil Şəhla Hümbətova məhkəmədən öncə Toplum Tv-yə bildirib ki, Elçin Sadıqov barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb: "E.Sadıqov ifadə verməkdən imtina etdi və bildirdi ki, onun cinayət təqibi peşə fəaliyyəti lə bağlıdır. İştirak etdiyi siyasi xarakterli işlərə görə cəzalandırılmaq məqsədi daşıdığını söylədi. Bildirdi ki, heç bir cinayət törətməyib və təqsirsizdir. 

Ona jurnalist Əvəz Zeynallı ilə eyni, 311.3.1 maddəsilə iş açılıb.

O iş üzrə kimlərin şikayətçi olduğunun hələki bəlli olmadığını söyləyib.  Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəyə vəsatət verilib. Mən ümid edirəm ki, məhkəmə optimist bitəcək. Amma Elçinin özü hesab edir ki, onu cəzalandıracaqlar."

Vəkil Elçin Sadıqovun ofisində 6 saat davam edən axtarış başa çatıb. Ofisdən götürülən sənədlər və Elçin Sadıqov prokurorluğa aparılıblar. Sadıqov protokol tərtib etmək üçün aparıldığını, qanunazidd hərəkət etmədiyini deyib.

Sentyabrın 10-da Elçin Sadıqovun evində də axtarış aparılıb, sənədlər götürülüb.

Elçin Sadıqovun ofisində axtarışdan öncə jurnalist Əvəz Zeynallı saxlanılıb. Onu həbsdə olan iş adamı, Baku Steel Company Müşahidə Şurasının sədri Rasim Məmmədovdan rüşvət almaq iddiası ilə saxlayıblar. Elçin Sadıqov Rasim Məmmədovun vəkilidir və rüşvət iddiasını təkzib edib.

Elçin Sadıqov onlarla ictimai fəal, jurnalistin hüquqlarını müdafiə edir. Onun ofisində digər müvəkkillərinin, o cümlədən, Peqasus izləmə proqramı ilə şəxsi həyatına müdaxilə olmuş onlara jurnalist və altivistin işləri üzrə sənədlər var. Həmin sənədlərə müdaxilə olub-olmadığı hələ bəlli deyil. Hüquq müdafiəçiləri vəkilin ofisində axtarışın Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalara zidd olduğunu bildirir.

Hüquqşünas Rəşid Hacılı: "Vəkil Elchin Sadigovun evində axtarış aparılması müdafiə institutuna, vəkil hüquqlarına həqarətdir. Vəkildə olan müdafiə üçün önəmli sənədləri, sübutları ələ keçirmək cəhdidir".

Hüquqşünas Fariz Namazlı: "Vəkilə məxsus olan ofis və ya evdə axtarışın aparılmasına dair məhkəmənin və ya prokurorluğun qərarı olsa belə, bu axtarış digər şəxslərin yaşayış sahələrində aparılan axtarışdan fərqli olmalıdır. Çünki vəkil başqa şəxslərə nisbətdə xüsusi imtiyazlara malikdir. Onun öz müştərilərinə münasibətdə toxunulmazlıq hüququ var. Ona görə axtarışın aparılmasına dair qərar qəbul edildikdə, vəkil dosyelərinin qorunması ilə bağlı göstəriş olmalıdır və axtarış aparıldıqda hüquq mühafizə orqanları bu göstərişə əməl etməlidir. 

Hazırkı şəraitdə vəkil Elçin Sadıqovun ofis və evində aparılan axtarış nəticəsində vəkil dosyelərinin götürülməsi Konvensiyanın 8-ci maddəsinin pozuntusunu təşkil edir".

Toplum TV Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan Kollegiyanın vəkilin hüquqlarını müdafiə edib etməyəcəyini öyrənmək üçün əlaqə saxlamağa cəhd edib. Bağırov gələn zəngləri rədd edib.

Hüquqşünas Səməd Rəhimli: "Ortada dolaşan ittihamlar və axtarışla bağlı məsələləri prosesual qanuna zidd hesab edirik. Həm də ki, insan hüquqları ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi aktlara da ziddir. Bundan əlavə vəkilin evi və ofisində atarış aparmaq həm qanunsuz, həm də insan haqqlarına zərbədir".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev:

"Ciddi və mürəkkəb məsələdir. Eyni zamanda, bununla bağlı fərqli fikirlər var.Amma vəkil tutulduqda və cinayət məsuliyyətinə cəlb edildikdə, dərhal baş prokurorra və Vəkillər Kollegiyasının rəyasət heyətinə məlumat verilməlidir. Axtarışın aparılması məhkəmə qərarı ilə olmalıdır. Güman edirəm ki, belə olub. İstənilən şəxsin evində və ofisində axtarış aparmaq üçün məhkəmə qərarı lazımdır. Yalnız təxirə salınmaz hallarda qərar olmadan da axtarış aparıla bilər. Amma bu məsələdə dairə məhduddur və inanmıram ki, təxirəsalınmaz hallar indiki vəziyyətə aiddir.

Fakta görə cinayət işi qaldırılıbsa, fakta görə də sənədlər götürülməlidir. O şəxslər ki, fakta görə saxlanılıb onlar haqqında hansı ittihamları irəli sürüldüyü barədə rəsmi məlumat yoxdur.KİV-də gedən məlumatlardan sonra prokurorluğun araşdırma aparma hüququ var.Video yazı təqdim olunub, o da yoxlanılmalıdır ki, hər hansı kənar müdaxiləyə məruz qalıbmı? Ekspertiza təyin olunmalıdır.Hələlik şübhəli şəxs kimi müvəqqəti saxlanma ola bilər.Şübhəsiz, biz insanların təqsirsizlik prezumpsiyasına da istinad etməliyik".

Elçin Sadıqov haqqında həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon məhkəməsinə aparılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo