Sosial

Vəkil polis bölməsində zorakılığa məruz qaldığını bildirir

Məzahir Abdurahmanov
3 İyun, 2022
254

Rəsmi səhifə

Vəkil Bəxtiyar Hacıyev iyunun 3-də “feysbuk” hesabında Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində olarkən zorakılığa məruz qaldığını yazıb. 

Vəkilin sözlərinə görə, bölmənin rəisi Fəxrin Bektaşi  ona qarşı zorakılıq edib və daha sonra onun göstərişiylə digər polis əməkdaşları bu qanunsuzluğu davam etdirib.

Bəxtiyar Hacıyev söyləyir ki, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə 22-ci polis bölməsinə gedib. Onlar bölmə rəisinin kabinetinə daxil olublar: “Bölmə rəisi tələb etdi ki, mən çıxım, müvəkkilim tək qalsın. Mənə qarşı kobudluq elədi. İzah eləməyə çalışdım ki, bu adamın vəkiliyəm. Hətta əvvəldən də nəzakətli şəkildə danışdım, dedim ki, qonşuyuq. 

Çünki üzv olduğum vəkil bürosu ilə 22-ci polis bölməsi bir-birinə çox yaxın yerləşir. Kobud şəkildə göstəriş verdi ki, “çıxarın bunu çölə, mən onu çağırmamışam”. İki polis məni zorla bölmədən çıxardı”.

Bəxtiyar Hacıyev - Açıq mənbələrdən götürülüb

Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında qeyd edib ki, baş verənlərlə əlaqədar o, aidiyyatı qurumlara şifahi şikayət edib, yazılı şikayəti isə hazırlayır. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Toplum TV”-yə məsələdən xəbərdar olduğunu söyləyib.

 “Bəxtiyar Hacıyev bizə müraciət edib. Məsələdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Araşdırma bitdikdən sonra məlumat veriləcək”, - deyə DİN rəsmisi qeyd edib. 

Sosial

Nazirlik Roza Zərgərlinin oğulluğuna niyə ev verib?

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarovun dövlət tərəfindən evlə təmin olunması sosial mediada geniş müzakirələrə səbəb olub. Bundan sonra Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov açıqlama verib.  Rəsmi APA-ya açıqlamasında bildirib ki, nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. "İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir", - deyə o sözlərinə əlavə edib.  "Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də,...
Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  

Seçilmiş Videolar

Toplum TV loqo