Sosial

Vəkil: ""Tovuz məhbusları" məhkəmədən sonra işgəncəyə məruz qalıblar"

Şahbala Şahbaladov
6 May, 2021
1928

Sosial Media

Vəkil Elçin Sadıqov mayın 5-də “Tovuz məhbusları”ndan olan Babək Məmmədli ilə görüşüb.

Bu barədə “Toplum TV”-yə Elçin Sadıqov məlumat verib.

O bildirib ki, B.Məmmədli və digərlər məhbuslar məhkəmədən sonra işgəncəyə məruz qalıblar.

"Babək Məmmədli aclıq aksiyasını dayandırmayacağını deyir"

"Onun vəziyyəti yaxşı deyildi, yeriyə bilmirdi. Sifətində, alnında və gicgah nahiyələrində xəsarət izləri, qançırlar var. Dedi ki, dünən məhkəmədən sonra avtomobildə hamısını döyüblər. Çanaq nahiyəsinin və hər iki tərəfdən qabırğalarının kəskin ağrıdığını bildirdi", - vəkil belə deyib.

E.Sadıqov həmçinin bildirib ki, işgəncə faktaları ilə bağlı Baş Prokurorluğa şikayət edəcək: “Əslində, Ombudsman və Baş Prokurorluğun əməkdaşları mənim şikayətimdən sonra onlarla görüşməlidirlər, amma hər ehtimala qarşı bu gün teleqram da göndərəcəyəm. Xahiş edəcəm ki, dərhal görüşüb arşadırmalara başlasınlar".

“Bəraət tələb edirik”

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 4-də "Tovuz məhbusları" ilə bağlı çıxardığı hökmdən apelyasiya şikayəti verəcəyini deyib: "Böyük ehtimal, Bakı Apellyasiya Məhkəməsinin qərarı iyunun əvvəlində çıxar. Ümumiyyətlə, bu  işdə böyük cinayət yoxdur, ona görə də məhbuslara bəraət tələb edirik".

Elçin Sadıqov Babək Məmmədlinin hələ də aclıq aksiyasını davam etdirdiyini vurğulayıb: “Çəkisi 90 kiloqramdan 59 kiloqrama düşüb. O, qanunsuz həbsinə etiraz olaraq bu aksiyaya başlayıb. Dəfələrlə aclığı dayandırmasını xahiş etsəm də, sonuna qədər davam etməkdə israrlıdır".

11 məhbusa 49 il...

2019-cu ilin may ayının 9-da Babək Məmmədli də daxil olmaqla, 11 azərbaycanlı DTX tərəfindən saxlanıb.

İŞİD-ə maliyyə yardımı, terrora cəhd, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla həbs olunan və "Tovuz məhbusları" kimi tanınan bu şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham olunublar.

2021-ci il mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə ümumilikdə 11 məhbusa 49 il azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmə əsasən, Samir Qurbanov 8 il; Amil Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il; Tehran Qasımov 5 il, Orxan Qurbanov, Cavid Əmənov, Ələddin İbişov, Yusif İmanov, Elgün İsmayılov və Şəhriyar Cabbarov isə 2 il 6 ay azadlıqdan məhrum ediliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo