"Wolt"a etiraz edən aksiyaçı: "Çağırıb dedilər ki, dövlətlə dövlətçilik eləmə..."
"Wolt" şirkətinin bir qrup kuryeri Bakıda aksiya keçirib.
Onlar daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq “Wolt”un boykot edilməsinə çağırış ediblər.
Bundan sonra aksiyanın təşkilatçısı, "D18 Hərəkatı"nın idarə heyətinin üzvü Afiəddin Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.
Məmmədov "Toplum TV"-yə bildirib ki, polis idarəsində ondan kuryerlərin tələblərinin nə olduğunu soruşublar: "Daha sonra bu işi araşdıracaqlarını bildirdilər. Mənə bir daha etiraz aksiyaları keçirməməyimizi tövsiyə etdilər. Bildirdilər ki, dövlətlə dövlətçilik eləmə...".
"Mən isə öz növbəmdə Konstitusiyanın 49-cu maddəsini əsas gətirdim və bizim sərbəst toplaşmaq hüququmuzun olduğunu dedim. Ad soyadımı qeydiyyata alıb, sərbəst buraxdılar", - deyə Məmmədov əlavə edib.
Afiəddin Məmmədov deyib ki, onlar əsasən üç tələblər çıxış ediblər: "Birincisi, ikili sifarişlərdə hər sifariş götürüldüyü yerdən, çatdırıldığı yerə hesablansın, ikincisi, hər 100 metr üçün tarif 0.03 qəpikdən 0.06 qəpiyə qaldırılsın, üçüncüsü də, yol xəritəsi "Waze" və ya "Google maps" proqramları olsun".
O bildirib ki, tələbləri yerinə yetirilməyincə etirazları davam edəcək.
Daxili İşlər Nazirliyi isə aksiyaçıların polisə çağırılmasının araşdırma məqsədi daşıdığını deyib.
"Wolt" 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub.
Mənzil qərargahı Helsinki şəhərində yerləşir.
"Bloomberg" yazır ki, 2018-ci ilin yanvarında "Wolt" 30 milyon dollar maliyyə vəsaiti toplayıb.
Bu, 2019-cu ildə 70 milyon dollara yaxın olub.
Şirkət 2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb