Sosial

Xaricdə təhsil alacaq tələbələr üçün illik xərc açıqlandı

30 Noyabr, 2022
118

Açıq mənbələrdən götürülüb

Xaricdə təhsil

Azərbaycanda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”  çərçivəsində xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc 51 min manat proqnozlaşdırılıb.

Toplum Tv-nin məlumatına görə, bu, Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə verdiyi rəydə öz əksini tapıb.

https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu

Bildirilir ki, proqramın xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib. Bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5% çoxdur.

Həmçinin qeyd olunur ki, cari ildə bu xərc istiqaməti üzrə 17,9 mln. manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməyib. 

Dövlət Proqramında xaricdə təhsil üçün 15 prioritet ixtisas sahəsi müəyyən edilib: informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı. Xaricdəki təhsil müəssisələrində bakalavriat və əsasən magistratura səviyyələrində təhsil imkanları nəzərdə tutulub. 

Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub. Həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılıb. Prezident Sərəncamının 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 mln. ABŞ dolları və yaxud 36,7 mln. manat vəsaitin ayrılması sifariş edilib. Hər bir təbələ üzrə orta illik xərc 51,0 min manat proqnozlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Tarif Şurası bəzi dərmanların da qiymətini artırıb

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun bu gün, yanvarın 31-də keçirilən iclasında qəbul olunub.  Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir. Onların tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. https://toplum.tv/sosial/pmetro-ve-marsrut-avtobuslarinda-gedis-haqqi-artirildip Tarif Şurası bu gün həmçinin metro və marşrut avtobuslarında gediş haqqının artırılması barədə də qərar çıxarıb.  Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün...
Sosial

Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 10 qəpik artırılıb.  Toplum TV xəbər verir ki, qiymət artımı barədə Tarif Şurasının bu gün, 31 yanvarda keçirilən iclasında qəbul olunub.  Qiymətin artımına səbəb kimi ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi göstərilib.  https://toplum.tv/multimedia/azerbaycanda-dermanlar-niye-bahadir Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin...

Seçilmiş Videolar

Toplum TV loqo