Sosial

Xəzər quruyur, ekoloqlar haray çəkir, rəsmilərsə proqnozlara şübhəylə yanaşırlar

Vüsalə Mikayıl
23 Dekabr, 2021
1762

Toplum TV

Artıq bir müddətdir ki, Xəzər dənizinin suyu gözlə görünəcək səviyyədə azalıb. Bakınının Bulvar ərazisindən də bunu açıq-aydın müşahidə etmək mümkündür. Baş verənləri qabarma-çəkilmə kimi qiymətləndirən də var,  qlobal istiləşmənin nəticələri ilə əlaqələndirənlər də.

Hidroloq Rövşən Abbasov Xəzərin su səviyyəsinin azalmasını daha çox ona tökülən çayların sululuğunun azalması ilə izah edir: “Volqa, Kür kimi çaylarda su, ümumiyyətlə, azalır. Kür Xəzərə çox az su gətitrir. Buxarlanmanın davam etməsi ilə Xəzər dənizinin səviyyəsi aşağı düşür. Proqnozlara görə, suyun səviyyəsinin enməsi hələ davam edəcək. Xəzərin səviyyəsi hətta bir neçə metr də  aşağı düşə bilər”.

Mütəxəssisin fikrincə, dənizdə suyun azalmasına qlobal iqlim dəyişikliyinin təsiri var.

“Həm də Xəzərin səthində buxarlanma getdikcə artır. Çünki uzun müddətdir onun səthinə yağış yağmır. Bütün bunlar da Xəzərin səviyyəsinin düşməsinə səbəb olur. Çox təəssüf ki, bunun həlli də çox çətindir”.

Rövşən Abbasov - Açıq mənbələrdən götürülüb

Beynəlxalq araşdırmalar

Çoxsaylı peyklər tərəfindən toplanmış və NASA-nın Qlobal Su Monitoru tərəfindən tərtib edilmiş radar hündürlük ölçmə məlumatları Xəzərdə suyun səviyyəsinin 1990-cı illərin ortalarından aşağı düşdüyünü göstərir.

NASA-nın “Earth observatory” layihəsinin açıqlamasına görə, alimlər Xəzər dənizində yaxın onilliklərdə və əsrlərdə suyun səviyyəsinin sürətlə azalacağını gözləyirlər.

Məqalədə vurğulanır ki, XXI əsrin sonunda dəniz suyunun səviyyəsi 9-18 metr  azala bilər, bu da  onun ərazisinin dörddə birinə - təxminən 93.000 kvadrat kilometr əraziyə və ya  Portuqaliya böyüklüyündə əraziyə bərabərdir.

NASA-nın Aqua peykindəki Orta Rezolyusiyaya malik Təsvir Spektroradiometri  (MODIS) 2021-ci il iyulun 17-də Xəzərin şimal hissəsinə Volqa və Ural çaylarının daşıdığı çöküntünün dənizin şimal hissəsindəki suları rəngsizləşdirdiyini qey edib.

Açıq mənbələrdən götürülüb

“Communications Earth & Environment” jurnalı bir qrup alimə istinadla yazır ki, Xəzərdə əksəriyyəti sahilyanı ekosistemləri əhatə edən, Volqa Deltası və digər bataqlıq yerlər daxil olmaqla qorunan ərazilər tanınmaz dərəcədə transformasiya edəcək.

Nazirlik: “Xəzər qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr mümkündür”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Xəzər dənizinin səviyyəsi 1977-ci ildə Baltik Sistemi ilə -29 m olub. Bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artıb və 1995-ci ildə ən yüksək səviyyəyə (-26,50 m BS) çatıb. Amma həmin ildən Xəzər dənizinin səviyyəsində yenidən enmələr müşahidə olunmaqdadır.

Toplum TV

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə “Toplum TV”-yə deyir ki, Xəzər qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr mümkündür.

“Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır”.

Rasim Səttarzadə - AzərTac

Nazir müşavirinin fikrincə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir.

Mütəxəssis: “…8 dövlətin birgə fəaliyyəti lazımdır”

“Earth observatory” Xəzərin qurumasının bir sıra ekoloji problemlər gətirə biləcəyini yazır. Məqalədə qeyd olunur ki, təkcə Xəzərin şimal hissəsinin quruması ekoloji fəlakətlə nəticələnə bilər. Dənizin həmin hissəsi molyuskalar, xərçəngkimilər, balıqlar və quşlarla doludur. suitilər balalarını adətən gölün bu hissəsində əmələ gələn qış buzunun üzərində böyüdürlər.

Nazirliyin rəsmisi Rasim Səttarzadə beynəlxalq iqlim modellərinə əsasən Xəzərdə yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar olduğunu bildirir. Buna görə də, o, dənizin gələcək səviyyəsi ilə bağlı fikir söyləməyin mümkün olmadığını deyir.

Toplum TV

Rövşən Abbasov hesab edir ki, dənizin qurumasının qarşısını almaq üçün onun hövzəsində yerləşən 8 dövlətin birgə fəaliyyəti lazımdır.

“Əsas odur, Xəzərə tökülən çaylarda su itkiləri azaldılsın, onlar dənizə su gətirə bilsinlər. Amma çox təəssüf ki, problemin yaranma səbəblərindən biri də qlobal iqlim dəyişimləri ilə bağlıdır. Xəzər dənizinin üzərindən buxarlanma artır və onu azaltmaq mümkün deyil. Çayların sululuğu təbii olaraq azalır və bunu da artırmaq mümkün deyil”.

Dövlətin öhdəlikləri

2006-cı ildə prezident İlham Əliyev 2003-cü il noyabrın 4-də Tehranda imzalanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi  haqqında" Çərçivə Konvensiyası barədə qanunu təsdiqləyib.

Toplum TV

Həmin qanunun 16-cı maddəsində dənizin səviyyəsinin dəyişməsi ilə bağlı Xəzərsahili ölkələrin öhdəlikləri də öz əksini tapıb. Razılığa gələn tərəflər Xəzər dənizi səviyyəsinin dəyişməsi hallarının təsirini yumşaltmaq üçün zəruri elmi tədqiqatların aparılmasını və imkan daxilində bu Konvensiyaya dair razılaşdırılmış tədbirlər görmək və posedurlar tətbiq etməyi nəzərdə tutan protokolların hazırlanmasında əməkdaşlıq etməlidirlər.

“Proseslər ekoloqlarımız tərəfindən nəzarətdədir”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev deyir ki, hazırda bununla bağlı Milli Məclisdə müzakirələr aparılmır: “Bu təbii, patoloji hadisədir. Qeyri-adi  nəsə axtarmaq lazım deyil. 1990-cı ildə biz Xəzərin normadan artıq qabarması nəticəsinə dəniz ətrafı infrastruktura ziyan dəydiyini müşahidə edirdik. İndi isə çəkilmə prosesi gedir”.

Nəsib Məhəməliyev - Açıq mənbələrdən götürülüb

Millət vəkili dünyada iqlim dəyişiklikliyinin, qlobal istiləşmənin baş verdiyini də vurğulayır.

“Antarktidada buzlar əriyir, dünya okeanının səviyyəsi qalxır. Amma Xəzər daxili su hövzəsi olduğundan bir az çəkilmələr var. Əgər zərurət yaranarsa, müvafiq strukturlarının mütəxəssisləri ilə birgə müzakirə apara bilərik”.

Deputat Xəzərdə gedən proseslərin Azərbaycan ekoloqlarının nəzarətdə olduğunu qeyd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo