açıq mənbələrdən
Abşeronun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib.
Nazirlik partlayışın nədən baş verməsi haqda məlumat verməyib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın olan ünvana cəlb edilib.
İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Hadisə nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.
Xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakininin təxliyə olunduğu deyilir.
Yanğının tam söndürüldüyü və onun vurduğu zərər barəsində ətraflı məlumat veriləcəyi bildirilir.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”