"Yasamal hadisəsi"ndə adı keçən polis kapitanı sistemdən çıxarıldı
Açıq mənbələrdən götürülüb
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov vəzifəsindən xaric edilib.
Məlumatı “Toplum TV”-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.
Onun sözlərinə görə, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.
Xatırlatma
2020-ci il, iyunun 7-də Yasamalda sərt karantin rejimini pozan şəxsin saxlanması zamanı yaşayış binasından polisin üzərinə zibil atılmışdı. Bundan bir gün sonra polis həmin binada əməliyyat keçirərək 11 nəfəri saxlamışdı. Saxlanma zamanı vətəndaşlarla kobud rəftar edən polislərdən biri Şəhriyar Hüseynov olub.
Hadisədən bir müddət sonra, iyunun 18-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirmişdi ki, onun hərəkətlərində heç bir qanunsuzluq yox idi: “Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib”.
Ş.Hüseynov həm də Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. O, əvvəllər Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşı olub. Yasamaldakı məlum hadisədən sonra o, RPİ-dəki vəzifəsindən azad olunaraq, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”