Sosial

"Yeni Klinika"nın əməkdaşları məhkəmə zalında həbs edildi

28 İyul, 2021
150

Açıq mənbələrdən götürülüb

Bu gün "Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri- Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Pərviz Abbasovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edərək, onun ev dustaqlığına buraxılmasının istəyib.

Təqsirləndirilən şəxsin digər vəkili də vəsatətlə çıxış edərək iş üzrə bəzi sənədlərin sübutlar siyahısından çıxarılması xahiş edib.

Pərviz Abbasov vəsatətlərin təmin edilməsini istəyib: "4 aydır ailə üzvlərimi görmürəm, xahiş edirəm mənim ailə üzvlərimlə görüşümə şərait yaradasınız".

Vəsatət təmin edilməyib. İş üzrə təqsirləndirilən şəxslər Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Vüsalə Əliyeva barəsində olan polis nəzarətində qətimkan tədbiri isə qüvvədə saxlanılıb.

Məhkəmə baxışı avqustun 10-a təyin edilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar