Sosial

Yeniyetməyə təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanılıb

20 Oktyabr, 2021
1839

Rəsmi səhifə

Yazar Zümrüd Yağmurun qızı Sənaya (Qəhrəmanlı) cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Zümrüd Yağmur özünün "Facebook" səhifəsində məlumat verib. 

"Əsgər Ağazadə Yusif oğlu şübhəli şəxs qismində saxlanılıb. Dəstək olan hər kəsə təşəkkür edirəm", - deyə Z. Yağmur qeyd edib. 

O, "Meydan TV"-yə açıqlamasında həmçinin bunları deyib

“İnana bilmirdim ki, bu baş verib. Çünki 1 il 2 aydır gözləyirdim, indi şokdayam. Ümid edirəm ki, bundan sonra da proses indiki kimi davam edər. Cinayətkar öz cəzasını alar və indiyədək baş vermiş qanunsuzluq aradan qalxar. Bizim istəyimiz tək budur.

Mən heç kimin təcavüzlə və bizim üzləşdiyimiz dəhşətli qanunsuzluqla üzləşməyini istəmərəm. Bundan sonrakı sürəcdə də ümid edirəm ki, eyni həssaslığı görəcəyik. Bu cinayət işində qanunsuzluğun, ədalətsizliyin olması barədə bir də paylaşım etməməyə ümid edirəm. Cinayətkar saxlanıldı, bundan sonra məhkəməyə çıxarılmalı, layiq olduğu cəzanı almalıdır”.

Yazıçı sonda vurğulayıb ki, bu ədalətsizliyin aradan qaldırılması həm də ictimai dəstəyin nəticəsidir.

Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağayevdir.

Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb: “Hadisə günü Əsgər Ağayev Sənayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

“Əsgər Ağayev cinayət işində, sadəcə, şahid qismində dindirilib”, - Zümrüd Yağmur deyib.

Oktyabrın 18-də isə Baş Prokurorluq məlumat yayıb ki, Sənay Yağmurun cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi istintaq idarəsinə həvalə edilib.

Zümrüd Yağmurun şikayətinin lazımi qaydada araşdırılması üçün imza kampaniyasına da başlanılıb.

Kampaniyanı “Qadın üçün” komandası başladıb və artıq yüzlərlə şəxs imzalayıb.

Bu məsələ ictimailəşəndən bu yana Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo