Goget.com
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yersiz səs siqnalı verərək əhalini narahat etməməyə çağırıb.
Bu barədə martın 12-də Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib.
“Günün pik saatlarında küçə və prospektlərdə sıxlıq yaranarkən, işıqforda gözləyərkən, ötmə, dönmə əməliyyatları edərkən sürücülər yersiz halda səs siqnallarından istifadə edirlər. Bu isə vətəndaşlarda, o cümlədən digər sürücülərdə haqlı narazılıq yaradır. Yol polisi bu kimi hallara qarşı nəzarəti gücləndirir”,- Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd edilib.
Məlumata görə, “Yol hərəkəti haqqında” qanunun tələblərini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə olunacaqlar.
Bildirilib ki, qanun sürücülərə yaşayış məntəqələrində, şəhəriçi yollarda səs siqnallarından yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifadəyə icazə verir. Əks hal inzibati xəta tərkibi yaradır və 30 manat cərimə nəzərdə tutulur.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”