Sosial
Yoluxma sayı - 4212 nəfər
28 Noyabr, 2020
Baxış: 141
Azərbaycanda koronavirusa 4 212 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər vəfat edib, 1 760 nəfər müalicə olunub və evə buraxılıb. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat 

İndiyə qədər Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. 

Aktiv xəstə sayı 41 011 nəfərdir.
Sosial

Fransa şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

27 Yanvar 2021

Azernews

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”. Bunu yanvarın 27-də Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib. O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var. Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.
Sosial

Prezident  Şuşaya xüsusi nümayəndə təyin etdi

27 Yanvar 2021

MediaPost

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Seçilmiş Videolar