Zaqatala xəstəxanasında ana ölümü – “Qızımın qatilləri həkimlərdir”
“Ekspertiza rəyinə inanmıram. Qızımın qatilləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkimləridir”
Ötən ay 26 yaşlı Rəna Ramazanovanın doğuşdan sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölməsilə bağlı məlumat yayılıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri Rəna Sultanova, Mama-ginekoloq Mehriban Hüseynova və növbədə olan digər tibb işçiləri Zaqatala rayon Prokurorluğunda izahat və ifadə veriblər.
Məhkəmə Tibbi Ekspertizanın ilkin rəyinə əsasən, ananın ölümünə səbəb “Kəskin ürək və ağciyər çatışmazlığı, tromboemboliya”dır. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
“Toplum TV”-yə danışan R. Ramazanovanın atası Eyvaz Mahmudov ekspertiza rəyindən narazıdır, o, şiddətli ağrıları olan qızının tromboemboliyadan əziyyət çəkdiyinə inanmır, adıçəkilən həkimlərin tez bir vaxtda cəzalandırılmasını istəyir.
“Qızım martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib, xəstənin vəziyyəti və uşaq normal olub. Amma iki gün sonra – martın 21-nə keçən gecə qızımın vəziyyəti xəstəxanada ağırlaşıb və ona heç kəs yardım göstərməyib. Qızımın qatilləri xəstəxanının həkimləri – Mehriban Hüseynova, Rəna Sultanova və onlara himayədarlıq edən baş həkim Leyla Seyidəliyevadır”.
Rəna Ramazanova ölümündən bir neçə saat əvvəl əri ilə telefonla danışıb. Danışıqların qeyd edildiyi səsyazıda qadın ərinə dözülməz ağrılar keçirdiyini, ona tez-tez ağrıkəsici iynələrin vurulduğunu, hətta doğum şöbəsində ona baxacaq həkimin olmadığını dilə gətirir.
Eyvaz Mahmudovun müraciətini və qızının səs yazılarını buradan izləyə bilərsiniz.
E. Mahmudovun dediyinə görə, Zaqatala rayonunda etiraz aksiya keçirmək istəsə də, rayon icra hakimiyyəti və prokurorluq ona icazə verməyib.
Ata qızının 40 mərasimindən sonra Bakıya, Baş Prokurorluğun önünə etiraza gələcəyini bildirib.
“Toplum TV” mövzunu diqqətdə saxlayacaq.
Bu, Zaqatala rayon Mərkəzi Xəstəxanasından olan ilk şikayət deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır.
(bax: - Zaqatala rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Leyla Seyidəliyevadan – ŞİKAYƏT, - “Mənim anamı Zaqatala Xəstəxanasının həkimləri öldürdülər”, - Zaqatala Xəstaxanasının baş həkimi uşağımı pula görə öldürdü )
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”