Sosial

Zəngilanda sərhəd pozulub, saxlanılan var  

16 İyun, 2022
138

Açıq mənbələrdən götürülüb

Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə iyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) xəbər yayıb.

Bildirilir ki, iyun ayının 7-də saat 22:15-də DSX-nin  “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

"Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb", - məlumatda qeyd olunub. 

Fakt üzrə əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilib. 

Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  
Sosial

Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlandı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.  Qurban kəsimi 9 iyul tarixindən başlayaraq, 3 gün davam edə bilər: İyul ayının 9-da məscidləridə birgə Bayram namazları qılınacaq.

Seçilmiş Videolar

Toplum TV loqo